Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat DİN-i tədbir görməyə çağırdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin öz bağında nəvəsinə toy mərasimi təşkil etməsi ölkənin ən gündəm məsələlərindəndir. İki gündür sosial şəbəkələrdə bu hadisə kəskin qınaq hədəfinə çevrilib. Sadə vətəndaşların tələblərinə bu dəfə millət vəkilləri də qoşulublar.

Deputat Vüqar Bayramov bildirib ki, birmənalı şəkildə, bu hadisə pandemiya dövründə karantin rejimi qaydalarının kobud surətdə pozulmasıdır və başqa heç cür dəyərləndirilə bilməz.
"Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər. Maraqlıdır ki, ölkə rəhbərliyinin karantin və eləcə də pandemiya qaydalarına tam əməl etməsi kontekstində Azərbaycan elminə başçılıq edənlərin bu qaydaları pozaraq daha sonra ona haqq qazandırmağa çalışmalarına nə ad vermək olar?"- deyə V. Bayramov vurğulayıb.

Deputat daha sonra Daxili İşlər Nazirliyini AMEA Prezidentinin təşkil etdiyi toydan yayılan videolar əsasında araşdırma aparmağa və karantin qaydalarını pozan bütün şəxsləri inzibati məlusiyyətə cəlb etməyə səsləyib: "Qanun hamı üçün eynidir. Burada AMEA Prezidenti ilə sadə vətəndaşın hüquqlarında heç bir fərq yoxdur və Daxili İşlər Nazirliyi də məsələyə məhz bu konktestdən yanaşmalıdır".(AzPolitika.info)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Ən çox oxunanalar