Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər Gürcüstana da ərazi iddiaları irəli sürə bilərlər” – Səməd Seyidov

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev APA-ya müsahibəsində ölkəmizin Gürcüstanla münasibətlərindən danışıb. O, bildirib ki, həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti münasibətlərin bundan sonra daha da dərinləşdirilməsi əzmindədir: “Azərbaycan və Gürcüstan hakimiyyətləri arasında etimada əsaslanan konstruktiv dialoq mühiti mövcuddur. Biz istənilən məsələni açıq surətdə müzakirə edə bilərik. Bu günlərdə Ermənistana göndərilən silahların rəsmi Tbilisi tərəfindən ölkə ərazisindən tranzit kimi istifadə edilərək keçirilməsinə imkan verilməməsini yüksək dəyərləndiririk”. İki ölkə arasındakı münasibətlərlə bağlı “Sherg.az”a danışan millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov xoşməramlı dialoqun tərəflərin hər birinə gərəkli olduğunu bildirib: “Xoş münasibətlər hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Gürcüstanın müstəqilliyi, gələcək inkişafı məhz Azərbaycanın tərəqqisi, suverenliyi ilə əlaqədardır. Bu birlik bizə imkan verir ki, regionda böyük işlər görək. Əslində strateji tərəfdaşlığımız kifayət qədər güclüdür. Hələ illər əvvələ aid olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri buna bariz nümunədir.

Həm də Ermənistanın şovinist siyasətinin təkcə bizim üçün təhlükə olmadığını nəzərə almaq lazımdır. Gürcüstan da hər an əsassız ərazi iddiaları ilə üzləşə bilər. Biz ancaq qarşılıqlı əməkdaşlığımızla düşmənin aqressiv siyasətinə qalib gələ bilərik”.

S.Seyidov, bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini düşünür: “Serbiyadan Ermənistana silahların ötürülməsi Gürcüstan vasitəsilə həyata keçirilmişdi. Azərbaycanın məsələyə dərhal münasibət bildirməsi nəticəsini verdi. Beləliklə, bu dəfə Gürcüstan çirkin erməni kampaniyasına “əl” qoymadı. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur. Nazirliyimiz həm müxtəlif dövlətlərlərlə, o cümlədən Türkiyə və Gürcüstanla uğurlu siyasətin qurulmasında, həm də səfirliklərin işinin araşdırılmasında fəal çalışır. Gürcüstana yeni səfirin təyin olunması gələcək əməkdaşlıq üçün böyük perspektivlər vəd edir”.

pia.az


Etiket: Səməd Seyidov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar