Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbs edilən Fuad Qəhrəmanlıya ittiham elan edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı növbəti dəfə həbs olunub.

Bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.

Fuad Qəhrəmanlı iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub.

Son bir həftə ərzində həmin iş üzrə həbs edilən digər cəbhəçilərdən fərqli olaraq, Fuad Qəhrəmanlıya qarşı CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə yanaşı, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsilə də ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə məlumatı Nəsimi Rayon Məhkəməsindəki mənbə də “Azadlıq” radiosuna təsdiqləyib:“Onun haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə təqdimata məhkəmənin hakimi Azər Tağıyev baxıb. Məhkəmə iclası axşam saat 21.00 radələrində keçirilib. Fuad Qəhrəmanlının hüquqlarını məhkəmədə ona dövlət hesabına təyin edilmiş vəkil müdafiə edib. İlkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilib”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar