Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsuda rəzalət - İcra başçısının Bico kəndindən xəbəri varmı?

Ağsu rayonunun Bico kəndində sakinlınin vətənpərvərlik “daşı” icra nümayəndəsinin laqeydlik “qayasına” rast gəlib...

Ağsu rayonunun Bico kəndində əsil rəzalət yaşanır. PİA.az-a daxil olan məlumata görə, kənd icra nümayəndəliyinin qarşısında quraşdırılan bayraq dirəyinəki dövlət rəmzimiz cırıq- cırıq olub. 28 May günü kənd sakinləri icra nümayəndəsi Bəhlul Mahmudova təzə bayraq alıb versələr də nümayəndə bayrağı gizlədərək dəyişməyib. Bunu səbəbini isə Bəhlul müəllim açıqlamaq belə istəmir. Sakinlər bildirir ki, Bəhlul Mahmudovu bayraq da daxil olmaqla kəndin problemləri heç maraqlandırmır. Qeyd edilir ki, nümayəndə üçün gündəlik problem kənd sakinlərindən daha çox “beş-üç manat qöparmaq”dan ibarətdir.

Fotolar

Maraqlıdır ki, İcra nümayəndəsinin əyləşdiyi inzibati bina da uçmaq üzrədir. Kənd sakinləri iddia edirlər ki, Nümayəndəliyin binasınln təmirinə ayrılan pul Bəhlul Mahmudov tərəfindən mənimsənilib.

Başqa bir rəzalət isə kəndin ala qapısı ilə bağlıdır. Sakinlər bildirir ki, Bico Ağsuda yeganə kənddir ki, onun ala qapısının üzərinə kəndin adı yazılmayıb. Kənd sakinləri B. Mahmudova boya alıb versələr də nümayəndə həmin boyanı öz evinə sərf edib.

Sakinlər ümid edirlər ki, bəlkə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin yolu Bico kəndinə düşə və kəndin “Bəhlul Mahmudov” adlı problemini həll edə...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar