Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korrupsiya Azərbaycanın lobbiçilik fəaliyyətinə necə təsir edir? - Ərəstun Oruclunun şərhi

İşğal altında ola əraziyə xarici dövlətin rəsmi şəkildə yardım etməsi beynəlxalq məhkəmə predmeti ola bilər? ..

Siyasi şərhçi: “ABŞ siyasətində beynəlxalq hüquq normalarına tamamilə zidd belə hallara tez-tez rast gəlmək olur”.

“Dəfələrlə deyilib ki, Azərbaycan hakimiyyəti korrupsiya ilə bağlı amillərə barmaqarası baxmamalıdır, Çünki erməni lobbiçiləri məhz Azərbaycan hökumətinin korrupsiyaya bulaşdığını bildirərək konqressmenlərə təzyiq edirlər”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu ABŞ-da 30 konqresmen Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yardım ayrılması üçün Konqresə müraciəti PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-da 30 konqresmen Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yardım ayrılması üçün Konqressə müraciət edib.

Bu haqda məlumatı Amerika Erməni Milli Komitəsi (ANCA) yayıb.

Məlumata görə, Konqressin üzvü Bred Şerman Dağlıq Qarabağda minaların təmizlənməsinə kömək üçün ABŞ-ın 2021-ci il büdcəsində yardımın edilməsinin vacibliyi ilə bağlı yazılı müraciət yayımlayıb.

Müraciəti Adam Şiff, Raşid Tyeyb, Cim Xayms, Kerolin Melonu, Con Qaramendi, Cim Kosta, Devid Sisillin və digər ermənipərəst konqresmenlər imzalayıb. Ümumilikdə 30 konqresmen Ermənistana və işğal altındakı Dağlıq Qarabağa maliyyə yardımının ayrılması kampaniyasına qoşulub.

Qeyd edək ki, hər il Konqress ABŞ-ın xarici köməyinin prioritetlərini müəyyən edir. ANCA-nın məlumatına görə, 2021-ci il üzrə prioritet istiqamətlər qarşıdakı iki həftədə müəyyən ediləcək.

Məlumata əsasən, konqressmenlər Qarabağda minaların təmizlənməsi üçün 1,5 milyon dollar vəsaitin ayrılmasını təklif edirlər. Maliyyə yardımı ayrılarsa, minaların təmizlənməsi işini ABŞ-ın HALO Trust şirkətinin həyata keçirəcəyi deyilir.

Konqressmenlər eyni zamanda ABŞ-ın 2019-cu ildə Azərbaycana 100 milyon dollar hərbi yardım ayırmasını əsas gətirərək, 2021-ci ildə eyni məbləğin Ermənistana da ayrılmasını istəyiblər.

İşğal altında olan əraziyə xarici dövlətin rəsmi şəkildə yardım etməsi beynəlxalq hüquqa nə qədər uyğundur və Azərbaycan bu vəziyyətə hansı formada etiraz etməlidir? Misal üçün beynəlxalq məhkəməyə müraciət etməsi daha doğru olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Lobbiçilikdən və lobbiçilərdən asılı olan Konqress bu tipli qərarlar qəbul edərkən nə beynəlxalq hüquq normalarını, nə də dövlətlərin suverniyini nəzərə almır”.

Bu addımın qarşısının alınmasının mümkün olacağına bir qədər skeptik yanaşan siyasi şərhçi PİA.az-a açıqlamasında bildirib ki, bunun başlıca səbəblərindən biri beynəlxalq arenada Azərbaycanın imicinin çox neqativ olmasıdır:

“Təəssüf ki, ABŞ siyasətində beynəlxalq hüquq normalarına tamamilə zidd belə hallara tez-tez rast gəlmək olur. Xüsusilə də lobbiçilikdən və lobbiçilərdən asılı olan Konqress bu tipli qərarlar qəbul edərkən nə beynəlxalq hüquq normalarını, nə də dövlətlərin suverniyini nəzərə almır. Eyni zamanda da belə qərarlar humanitar yardım, dəstək adı altında təqdim olunur. Ona görə də Azərbaycan bunun qarşısını almaq üçün bir neçə istiqamətdə fəaliyyət göstərməlidir:

1. Adekvat olaraq, Vaşinqtondakı lobbi qruplarının vasitəsilə Konqresə təsir etmək və həmin qərarın qəbuluna mane olmaq;

2. Diplomatik kanallarla ABŞ Dövlət Departamenti vasitəsilə büdcənin (belə bir bənd daxil edilərsə) prezident tərəfindən təsdiqlənməməsinə nail olmaq. Hərçənd bu, eelə də asan deyil;

3. Bu istiqamətdə ABŞ-ın Azərbaycandakı səfirliyi ilə intensiv iş aparmaq.

Belə qərar heç bir halda beynəlxalq məhkəmələrdə mübahisə predmeti ola bilməz, çünki Konqresdə həmin maliyyə yardımı humanitar dəstək və s. bu kimi adlar altında büdcəyə daxil edilir. Ərazilərin minalardan təmizlənməsi özü də əslində humanitar, daha dəqiq desək, əhalinin təhlükəsizliyi kimi təqdim olunur ki, bu da onun qarşısını almaq imkanlarını daha da məhdudlaşdırır.

Ərəstun Oruclu: “Təəssüf ki, ölkəmizin adı əksər hallarda yalnız korrupsiya qalmaqalları, insan haqlarının pozulması və hakimiyyətin öz siyasi opponentlərini təqib eləməsi kontekstində hallanır”.

Odur ki, düzünü desəm, mən bu addımın qarşısının alınmasının mümkün olacağına bir qədər skeptik yanaşıram. Bunun da başlıca səbəblərindən biri də beynəlxalq arenada Azərbaycanın imicinin çox neqativ olmasıdır. Təəssüf ki, ölkəmizin adı əksər hallarda yalnız korrupsiya qalmaqalları, insan haqlarının pozulması və hakimiyyətin öz siyasi opponentlərini təqib eləməsi kontekstində hallanır. Bu isə Azərbaycana yaxşı heç nə vəd eləməməklə yanaşı, həm də Ermənistana və onun lobbiçilərinə ölkəmizə əlavə təzyiq imkanları yaradır.

Dəfələrlə deyilib ki, Azərbaycan hakimiyyəti korrupsiya ilə bağlı amillərə barmaqarası baxmamalıdır, Çünki erməni lobbiçiləri məhz Azərbaycan hökumətinin korrupsiyaya bulaşdığını bildirərək konqressmenlərə təzyiq edirlər. Bu üzdəndən də Azərbaycan tərəfinin lobbiçlik faəliyyətləri puça çıxır və ortada heç bir nəticə yoxdur, olacağı da görünmür. Deməli, Konqressin separatçı quruma yardım ayrması ehtimalı da kifayət qədər yüksəkdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar