Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mətbuat Şurası Operativ Qərargaha müraciət edəcək” - Əflatun Amaşov

21-iyun 05 iyul tarixlərini əhatə edən iki həftəlik sərtləşdirilmiş karantin günlərində Kütləvi İnformasiya Vasitələrində (KİV) çalışan jurnalistlər icazə.gov.az portalında qeydiyyatdan keçdikdən sonra hərəkət edə bilərlər...

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalarda əksini tapıb. Qaydalara görə, işəgötürən şəxs media nümayəndələri barədə müvafiq məlumatları portala göndərib onların sərbəst fəaliyyətinə icazə almalıdırlar.

Hüquqşünaslar isə bu qərarın qanunvericliyə zidd olduğunu və KİV-in fəaliyyətini məhdudlaşdırdığını bildiriblər.

Hüquqşünas, media hüququ üzrə ekspert Ələsgər Məmmədli “AzPolitika.info”-ya bilidirib ki,Fövqəladə vəziyyət elan edilməyibsə, karantin zamanı jurnalistlərin fəaliyyətini tənzimləmə hüququnu nə Konstitusiya, nə də digər qanunlar Nazirlər Kabinetinə verməyib.

“Jurnalistin öz peşə fəaliyyətini icazə ilə həyata keçirməsi yalnız Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub. Jurnalistlərə tövsiyəm, nə zaman onları saxlasalar yerində akt tərtib edib, məhkəməyə getsinlər. Onların fəaliyyətinə mane olanlar hüquqi məsuliyyət daşıyacaq”-deyə ekspert vurğulayıb.

Xatırladaq ki. “KİV haqqında” Qanunun 7 və 8-ci maddələrinin tələblərinə görə, ölkədə fövqəladə vəziyyət rejiminin elan olunması istisna olmaqla medianın fəaliyyəti məhdudlaşdırıla bilməz.

Bəs Operativ Qərargahın qanuna zidd qərarı ilə bağlı media qurumları hansı addımı atmaq niyyətindədirlər?

Mətbuat Şurasının sədri Əflatun Amaşov “AzPolitika.info”-nun sorğusuna cavab olaraq bildirib ki, bu barədə Operativ Qərargaha müraciət ediləcək. Müraciətdə sərtləşdirilmiş karantin günlərində jurnalistlərin fəaliyyətini məhdudlaşdıran qərarlara yenidən baxılması xahiş olunacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar