Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyadakı açıq qapı: Diplomatiya müharibəni bitirə bilərmi?..

Liviyada müharibə əvəzinə, diplomatiyanın ciddi rol oynadığı günlərə keçid edirik...

Onur Sinan Güzaltan

“Aydınlık” qəzeti, Türkiyə, 17 iyun 2020-ci il

Diplomatiyada öz tələblərini müdafiə etmək nə qədər önəmlidirsə, problemə qarşı tərəfin gözü ilə baxıb, qəbul edə biləcəyi uyğun hir təklifi vermək də bir o qədər önəmlidir. Əks halda, diplomatiyanı inkişaf etdirmək üçün edilən həmlələr, həm monoloqa çevriləcək, həm də gözlənilən effekti verməyəcək.

Bütün mənfi cəhətlərinə baxmayaraq, diplomatiya sizin və qarşı tərəfin xeyrinə olan addımların atılması sənətidir. Beləliklə, açıq qapıdan girən qarşı tərəf məğlubiyyət hiss etməyəcək və siz də hədəfinizə ən yaxın nəticəni əldə edəcəksiniz.

Ləğv edilməyən sövdələşmələr

Birinci Dünya Müharibəsinin sonunda məğlub olmuş Almaniyaya Versalda imzaladılan “Sülh Sazişi” Berlin üçün açıq bir qapı buraxmamışdı. Nəticədə də II Dünya Müharibəsi və nasizmin yaratdığı təxribatlar ortaya çıxdı. Versal sazişini Almaniyaya zorla imzalatdıran Fransa və İngiltərə kimi Avropa ölkələri ağır bədəl ödədilər.

Osmanlılarla Səfəvilər arasında 1639-cu ildə imzalanan Qəsr-i Şirin müqaviləsi isə Osmanlının açıq qapı yaratmaq sənətinin uğurlu bir örnəyidir. Təkcə o dövrdə məğlub olmuş Səfəvilər dövləti deyil, təxminən 4 əsr boyunca ardıcılları və bu günkü Türkiyə ilə İran hələ də həmin sərhədləri qeyd-şərtsiz qəbul edir.

Liviyada uzun illər davam edən və əgər düzgün addımlar atılmasa, uzun illər bölgəni narahat edəcək çox tərəfli problemə və tərəflərin atdığı addımlara bu baxımdan yanaşmaq lazımdır.

ABŞRusiya arasındakı Liviya

Türkiyənin Liviyada etdiyi hərbi həmlələrlə özünə qarşı oynanılan oyunu pozduğu aydın görünür. Bu həmlələr sayəsində Ankara Liviyada təkcə passiv bir qüvvə deyil, həm də qurucuya çevrilib. Lakin super güc olan ABŞRusiyanın bölgədəki təsiri və oyun qurmaq qabiliyyəti davam edir. Bu istiqamətdə Ankara hərbi həmlələrlə yanaşı, Moskva ilə Vaşinqton arasında, “tarazlıq siyasəti” apararaq diplomatik sahədə özünə yer tapmağa çalışır.

Prezident Ərdoğanın həmkarı Trampla olan telefon danışığından sonra “Amerika ilə Türkiyə arasındakı proseslə (Liviya ilə) bağlı yeni bir dövr başlaya bilər”, deməsi Liviyada həmlələr edən Rusiyaya qarşı bir mesaj ola bilər. Bu mesajla paralel olaraq, Ankaradakı səlahiyyətlilərin Suriyada Rusiya ilə aparılan prosesin dayandırıla biləcəyi barədə açıqlamalar verməsi mümkündür.

Digər tərəfdən, qeyd edək ki, Amerika rəsmilər də Rusiya ilə bənzər bir şəkildə Misirlə təmas qururlar.

Prosesə baxdıqda ABŞRusiyanın Liviyada Türkiyə və Misirlə olan münasibətlərində tarazlıq yaradaraq bir həll yolu axtardığını görürük. Türkiyə isə 2 dövlət arasında izlədiyi siyasətlə Liviyadakı sahəsini möhkəmləndirməyə, qazanclarını rəsmiləşdirməyə çalışır.

Misirə baxdıqda oxşar bir tarazlıq siyasətini Qahirə rəhbərliyinin də izlədiyini və bir tərəfdən, Vaşinqton, digər tərəfdən isə Moskva ilə görüşərək Liviyadakı maraqlarını qorumağa çalışdığını görürük.

Ancaq, həm Vaşinqton, həm də Moskva ilə görüşən Ankara və Qahirə bir-biri ilə təmas yaratmaqdan çəkinirlər.

Keçən həftə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun Şərqi Aralıq dənizi ilə bağlı apardığı qiymətləndirmədə “Misir üçün ən yaxşısı Türkiyə ilə dialoq qurmaqdır”, ifadəsi qeyd edilsə də, sonradan Sisi rəhbərliyinin “təxribatçı” adlandırılması, təmas qurmaqla bağlı maneələrin davam etdiyini göstərir.

Ankaranın Qahirəyə qarşı izlədiyi “açıq qapı” buraxmayan diplomatiyasının isə xüsusilə Liviyadakı problemin şiddətini nəzərə aldıqda nə vaxta qədər davam etdiriləcəyi mübahisəlidir.

Qahirədə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Şərqi Aralıq dənizindəki son proseslərlə birlikdə Türkiyə razılaşmaq istəyir, lakin hazırkı prezident aparatındakı təkidlərin davam etməsi bağlı işarələr var. Hər iki tərəfdə də keçmişdən gələn ideoloji eybəcərlik izlərinə rast gələ bilərik. Halbuki Ankara və Qahirə arasındakı birbaşa danışıqlar Liviyadakı vəziyyəti sabitləşdirməklə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ kimi üçüncü tərəflərin də iki ölkə arasındakı mənfi müdaxilələrinin qarşısını alacaq. Əks təqdirdə, ABŞ və Körfəz cəbhəsinin Türkiyə və Misiri daha sürətli şəkildə üz-üzə gətirmək planı davam edəcək.

Rusiyanın rolu

Qahirədə Liviya məsələsində atəşkəs və siyasi həll yolu çağırışından bir qədər əvvəl Misir və Rusiya rəsmilərinin müxtəlif görüşlər keçirməsi barədə məlumatlar mətbuatda öz əksini tapmışdı.

Məlumdur ki, bununla eyni vaxtda Milli Uzlaşma Hökuməti (UMH) rəsmilərinin Rusiya Xarici İşlər Naziri Lavrov başda olmaqla, Moskvada rəsmilərlə danışıqlar aparır.

UMH lideri Sərracın Moskva, eyni zamanda Rusiya Xarici İşlər Naziri Lavrov və Müdafiə Naziri Şoyqunun Türkiyə səfərləri hələ də səbəbi deyilmədən ləğv edilib. Bu qərardan sonra Türkiyənin Liviya İşləri üzrə Xüsusi Nümayəndəsi Əmrullah İşlerin “Middle East Eye” adlı xəbər saytına verdiyi müsahibədə son vəziyyəti anlamaq üçün vacib məlumatlar var.

İşler bundan sonra Həftarın Rusiyanın dəstəyini itirmək üzrə olduğunu vurğulayarakən, “Liviyanın gələcəyində yeri olmadığını” vurğulayıb. İşlerin: “Siyasi danışıqlar siyasətçilər tərəfindən edilməlidir. Akile Saleh siyasətçi olaraq bu prosesi davam etdirə bilər”, şərhindən isə Türkiyənin Həftar əvəzinə, Salehin daxil olduğu bir masada oturacağını başa düşürük.

Akile Salehin Qahirədə Əl-Sisi ilə görüşündən dərhal sonra Liviyada Həftarsız bir həll yolu olmadığını da bildirmişdi.

Digər tərəfdən İşlerin açıqlamalarından bəlli olur ki, Türkiyə ilə Rusiya arasındakı danışıqların zəifləməsinin səbəbi Sirt və Cufranın taleyidir. İşler eyni zamanda Moskva ilə danışıqların davam edəcəyini də bildirib.

İşlerin açıqlamalarından belə nəticəyə gəlinir ki, Misir UMH ilə görüşməyə razı olarsa, Ankara və Qahirə münasibətlərində normallaşma baş verə bilər.

Liviyada Rusiya-Türkiyə-Misir arasında baş verən prosesləri və Əmrullah İşlerin müsahibəsini üst-üstdə qoyduqda belə nəticələr əldə edirik:

1. Türkiyə və Rusiya arasındakı anlaşmazlığın Sirt və Cufranın taleyi və Misirin təhlükəsizlik problemləri ilə bağlı olması;

2. Türkiyə.Həftar əvəzinə, Akile Salehin olduğu bir masaya oturmağı qəbul edəcək;

3. Türkiyə və Misir Sərrac və Saleh arasında olacaq bir danışıq vasitəsilə dialoq qura bilər.

Liviyada müharibə əvəzinə, diplomatiyanın ciddi rol oynadığı günlərə keçid edirik. Türkiyənin həmsöhbətləri üçün “açıq qapılar” buraxması uzunmüddətli qarşıdurmanın qarşısını ala və Afrika ilə Yaxın Şərqdə yeni fürsətlər yarada bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Ən çox oxunanalar