Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uzun müddət tibbi maska taxmağın neqativ təsiri açıqlandı

"Açıq havada maska və əlcək taxılması mənasızdır"... 

"İnsanın dərisi istənilən əlcəkdən daha yaxşı qoruyur. Ona görə bütün günü əlcəkdə olmaq zərərlidir. Açıq havada maska taxıb gəzmək, qaçmaq isə enfizema yarada bilər"

PİA.az medicina.az-a istinadən bildirir ki, bu sözləri Seçenov adına universitetin virusologiya və immunologiya kafedrasının müdiri Vitaliy Zverev deyib.

O, koronavirusdan qorunmaq üçün rezin, dəri, tibbi əlcəklərin taxılmasının əllərin dərisi üçün zərərli olduğunu və onun balansını, qoruyucu təbəqəsini zəiflədib, göbələk xəstəliklərinə yol açacağını bildirib. Əllərdə göbələk və travma isə istənilən virusun ordan bədənə keçməsinə zəmin yaradır.

Ona görə də ən gözəl müdafiə öz dərinizdir. Sadəcə onu tez-tez sabunla yuyun və ağzınıza toxundurmayın.

"Koronavirusun səthlər, əşyalar üzərində çox qalması, yaşaması mümkün deyil. Çünki o havada, ətraf mühitə az davamlıdır. Poliomielit tip viruslar daha çox davamlıdır.

Ona görə açıq havada maska və əlcək taxılması mənasızdır. Əlcəyin, maskanın üzərinə havada olan toz, allergen, göbələk, başqa bakteriyalar qona bilər, maskadan burnumuza keçə bilər, bu isə başqa xəstəliklərə yol açır.

Mən küçədə anaların uşağın ağız burnunu maska ilə tıxadığını görürəm, anaya sual verirəm. Kim sonra uşağı ağciyər emfizemasından müalicə edəcək? Küçədə virus uçmur. Sadəcə ətrafdakı insanlarda 2 metr aralı dayansaz bəs edər".

pia.az


Etiket: tibbi maska


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar