Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mənə biz söz deyiləndə millət cavab verir" - Flora Kərimova

Flora Kərimova həmkarlarını tənqid etdi...

“Müğənnilər psixoloq olmalıdır. Özünə vurğun olmayan müğənni psixoloqdur. Həyat devizim : “Heç kimə inanma”. Bu həm də özümə olan əmrimdir”.

PİA.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramına verdiyi müsahibədə deyib.

Xalqın sevilən sənətkarı qisasçı olduğunu bildirib:

“Şirin dilə, komplimentə inanma. Səni söyəni sona kimi qov, divara dirə. Bir sözlə, əgər onları cəmləşdirsəm, belə çıxır ki, qisas alanam. Bəli, bu belədir”

F.Kərimova həmkarlarına dayaq olduğunu söyləyib:

“Müğənnilərə arxayam. Heç kimi qapımdan peşman qaytarmamağa çalışmışam. Elə adamlar olub ki, yalan danışıblar. Elə adamlar olub ki, hər şeydən keçib, mənəviyyat deyilən sözün fərqinə, çəkisinə varmayaraq gözünü yumub, ağızlarını açıblar”.

“Çörəyimin duzu yoxdur” deyən Xalq artisti xoşbəxt ana olduğunu söyləyib:

“Lakin əlimin duzu ilə böyüyən övladlarım var. İndi mənə sual verəndə ki, “xoşbəxtsiniz?” deyirəm ki, ana kimi xoşbəxtəm, lakin bir vətəndaş kimi sınığam”.

Taleyinin üzünə gülməyən zamanların olduğunu bildirən 79 yaşlı F.Kərimova gündəmdə qalmaq üçün hətta abırından keçən sənətçilərin olduğunu söyləyib:

“Məni heç kim və heç nəyi ilə təəccübləndirə bilməz. Taleyimin qapazlı zamanı da olub, toy-büsatlı dönəmi də. Tamaşaçım yox, millətim var. O millətim isə arxamda durur. Mənə biz söz deyiləndə millət cavab verir.

Gündəmdə qalmağın yolları çoxdur: abırlı, abırsız, mənəviyyatsız, şəxsiyyətini qoruyan. O, insanın təbiətindən asılıdır”. (Oxu.az)

pia.az


Etiket: Flora Kərimova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar