Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müxalifət İlham Əliyevi dəstəkləməlidir” – Sərdar Cəlaloğlu

“Azərbaycan müxalifəti korrupsiyaya qarşı mübarizədə İlham Əliyevi dəstəkləməli və bu tarixi şansın əldən çıxmasına imkan verməməlidir”...

PİA.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri qeyd edib ki, bu gün korrupsiaya qarşı mübarizə müsbət qiymətləndirilməlidir.

“Doğrudur, görülən tədbirlər Azərbaycanda korrupsiyanın miqyasına görə dəryada bir damladır. Amma hər halda proses başlayıb. Bu proses davam etsə, korrupsiayaya qarşı mübarizə daha əhatəli aparılsa, bu ölkənin inkişafına böyük təsir göstərər.

Çünki uzun illər korrupsiya üzündən Azərbaycanın bir neçə 100 milyard dollar pulu dövriyyədən çıxarılıb. Nəticədə Azərbaycan iqtisadi, siyasi, sosial, mədəni inkişafdan qalıb. Hətta mən deyərdim ki, dövlətin mövcudluğu təhlükə altına düşüb. Ona görə də bu gün korrupsiyaya qarşı mübarizədə atılan addımlar müsbət qarşılanmalıdır”, - deyə Sərdar Cəlaloğlu vurğulayıb.

ADP sədri əlavə edib ki, korrupsiyanı aradan qaldırmaq üçün bütün sahələrdə ciddi islahatlar aparılmalıdır: “Korrupsionerlərə qarşı yox, korrupsiaya qarşı mübarizə aparılmalıdır. Yəni, bu gün bir icra başçısını tutub onun yerinə yenisini təyin etməklə iş bitmir. Mübarizə sistemli aparılmalı, köklü islahatlar həyata keçirilməlidir. Eyni zamanda illərlə bu hallara qarşı susan hüquq-mühafizə orqanları ilə bağlı da tədbirlər görülməlidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar