Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra başçılarının çoxu harınlayıb, onları mən kiçik padşahlar adlandırıram”

"Onların hamısı vəzifədən uzaqlaşdırılıb yerlərinə gənc, savadlı kadrlar təyin olunmalıdır. Yığdıqları var-dövlətləri də dövlətin büdcəsinə qaytarılmalıdır"...

Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib.

R.Mahmudov ölkədə aparılan islahatların müsbət nəticələr verəcəyini bildirib:

"İcra başçısı jurnalistlərə açıqlama verib deyir ki, kirayədə qalıram, amma araşdıranda altından milyardları çıxır. Adama deyərlər sən kimi dolayırsan?! Bunların çoxu əlli yaşında instituta daxil olub guya təhsil alıblar. Bu yaşda instituta daxil olan adamın təfəkkürü necə olacaq, o, nə bilir xalq nədir. Onlar ölkə başçısının səmimiyyətindən sui-istifadə edib onu aldadırlar. Prezident çıxışında özü dedi ki, sən demə icra başçıları vəzifəyə rüşvət verib gəlirmiş. Mən bir dəfə demişdim ki, altıncı sinifdə rum rəqəmlərini keçirlər, amma bunlar iyirminci əsrə iks-iks əsri deyir. İki min iyirmi deyə bilmir, iyirmi-iyirmi deyir. Belə şey olarmı?! Bunların heç altıncı sinif savadı yoxdur. Onların hamısı vəzifədən uzaqlaşdırılıb yerlərinə gənc, savadlı kadrlar təyin olunmalıdır. Yığıdıqları var-dövlətləri də dövlətin büdcəsinə qaytarılmalıdır. Mən hamısına şamil etmirəm, elə rayonlar var ki, orda normal işləyirlər, insanları qəbul edirlər. İcra başçılarının çoxu harınlayıb, onları mən kiçik padşahlar adlandırıram.

Gənc vaxtı kafedra müdirimizə çap üçün məqalə verdim, amma o, bunu səkkiz ay kabinetində saxladı. Onda əsəbiləşib səbəbini soruşdum, dedim ki, pisdirsə, yaz üstün pisdir, niyə saxlamısan bunu? Bunu deyə bilmirdi və sonra qəzetlərin birində “kiçik padşahlar” adlı məqalə yazdım. Onda da vəzifəli adamlar özlərini belə aparırdılar. İcra başçılarını vəzifəyə qoymuşdular ki, milləti dolandırsanlar, onların qaydına qalsınlar. Hər şeydən əvvəl biz insanıq, bir-birimizə kömək etməliyik, ölkə düzəlməlidir, belə olmaz. Bəlkə mən səhv deyirəm?! Ölkə başçısına kömək etmək lazımdır".(Moderator)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar