Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böhranlar Çin iqtisadiyyatına niyə təsir etmir?..

İnkişaf etməkdə olan ölkələrin Qərbin ağalığına son qoymaq əvəzinə, yeni bir hegemon qəbul etməsi üçün heç bir iqtisadi, hərbi və ya siyasi əsas yoxdur...

Adnan Akfırat

“Aydınlık” qəzeti, Türkiyə, 8 may 2020-ci il

Qərbin maliyyə quruluşları və onların sözçüsü olan beynəlxalq media qurumları hər böhran zamanı “Çin iqtisadiyyatı tezliklə çökəcək”, deyə elan edirlər. Bunların Türkiyədəki davamçıları isə nədənsə yalan danışmaqdan çəkinmirlər.

1997 və 2008-ci il böhranları

1997-ci ildə bütün Asiyaya təsir edən Şərqi Asiya maliyyə böhranı Tayland, Malayziya, Sinqapur, Yaponiya və Cənubi Koreyaya ciddi ziyan vurmuşdu. Səhmlərin qiymətləri düşmüş, fabriklər bağlanmış və işçilər işdən çıxarılmışdı.

2008-ci ildə ABŞ-da başlayan qlobal maliyyə böhranı isə, əvvəlcə Atlantik Düşərgəsi ölkələrinin iqtisadiyyatını iflic etmişdi. Hətta ABŞ, Yaponiya və Avropa Birliyi ölkələri də daxil olmaqla, inkişaf etmiş iqtisadiyyatlar bu böhranın təsirindən hələ xilas olmamış, koronavirusa yoluxdular. Beləliklə, maliyyə böhranı iqtisadi böhrana çevrilib dərinləşdi. Qısa zaman ərzində neoliberal qlobal sistem iflas etdi və bu proses dolların səltənətinin bitməsi ilə nəticələnəcək.

Çini inkişaf etdirən sosializm...

Çin Xalq Respublikası 1 oktyabr 1949-cu ildə qurulub. Mao Zedunqun rəhbərlik etdiyi yeni Çin sosializm sayəsində “Asiyanın xəstə adamı” olmaqdan qurtuldu və dünyanın ikinci böyük iqtisadiyyatına çevrildi. Çinin ÜDM-si 1952-2018 illəri arasında tam olaraq 174 dəfə artıb. 1979-2018-ci illər arasında ÜDM-in orta artımı illik bazada 9,4% təşkil edib. Nəzərə alaq ki, həmin dövrdə dünyada orta artım tempi 2,9% idi.

Çin hazırda dünyada ən böyük xarici valyuta ehtiyatına sahib ölkədir. Bu statusunu 13 ildir ardıcıl şəkildə qoruyub saxlayır. 2018-ci ilin sonunda Çinin valyuta ehtiyatı 3 trilyon dolları keçdi.

Təbii olaraq Çin iqtisadiyyatı da dalğalanmalar və problemlərlə üzləşib. 1988 və 1994-cü illərdə inflyasiya artmış və yuanın dəyəri azalmışdı. Lakin, xüsusilə 13-cü Beşillik Planından başlayaraq Çin öz daxili bazarına əsaslanan iqtisadiyyatını inkişaf etdirir. Yeniliyə və markanın inkişafına üstünlük verir. Beləliklə, mümkün xarici təsirləri də azaldır.

Çin üçün 1997 və 2008 böhranları

1997 və 2008-ci illərdə baş verən maliyyə böhranları Çinin xarici ticarətinə və maliyyə sektoruna ən çox təsir etmişdi. 1997-ci il Asiya maliyyə böhranı qarşısında Çin yuanın dəyər itirməsinə imkan verməmiş və uğur qazanmışdı. Bölgədəki digər valyutalar həddindən artıq dəyər itirsə də, Çindəki böhranın yuana heç bir təsiri olmadı. Eyni zamanda, ixracı təşviq etmək, xarici sərmayələri cəlb etmək və daxili tələbatı genişləndirmək kimi aktiv tədbirlər həyata keçirdi. Çinin 1997-ci il böhranı ilə apardığı mübarizə bölgədəki ölkələrin də tezlikdə düzəlməsinə imkan verdi.

2008-ci ildə Çinin dünya ilə olan iqtisadi əlaqələri 1997-ci ilə nisbətən daha çox artmışdı. Bununla birlikdə, 2006-cı ildə Çin öz iqtisadiyyatının xarici asılılığını azaltmaq üçün müəyyən tədbirlər həyata keçirmişdi. Tez bir zamanda daxili tələbi genişləndirəcək siyasətləri və tədbirləri həyata keçirməyə başladı. Sənayeni canlandıran, istehlakı genişləndirən, kiçik istehsalçılara maliyyə dəstəyi verən və məşğulluqla bağlı itkilərin qarşısını alan siyasətlər tətbiq edildi.

2008-ci il maliyyə böhranı yarandığı zaman Çin bank sənayesi kredit təklifini genişləndirmək üçün kifayət qədər kapitala sahib idi. Çinin bank sisteminin güclü olması, ictimai və Mərkəzi Planlaşdırmaya əsaslanması böhranlarla mübarizə aparmasına da kömək etdi. Çin rəhbərliyi böhranın öhdəsindən gəlmək üçün İspaniya, Portuqaliya, İtaliya və Yunanıstan kimi AB üzvü olan dövlətlərə də dəstək verib.

Çin iqtisadi siyasətinin icraçısı olan Baş nazir müavini Lu Xinin 1929-cu il Böyük Çöküşünü 2008-ci il Maliyyə Böhranı ilə müqayisə etdiyi tədqiqatında bildirildiyi kimi, BRICS ölkələrinin dünya iqtisadiyyatına verdiyi töhfə 2009-cu ildə 90% təşkil edib.

Böhranı fürsətə çevirmək

Çin artıq iqtisadiyyatdakı kəmiyyət artımı ilə deyil, keyfiyyət artımı ilə maraqlanır və beləliklə də keyfiyyətinı artırır. Keyfiyyətli iqtisadi inkişafı təmin etmək üçün tədarük yönlü islahatlar həyata keçirir.

İqtisadiyyatı idarəetmə mexanizmlərini əldə buraxmadığı üçün böhranı bir fürsətə çevirə bilər. Məsələn, Çin qeyri-rəsmi şəkildə istehsal edən, aşağı keyfiyyətli, əmək tələb edən və ətraf mühitə zərər verən işlərdən qurtarmaq üçün 2008-ci il böhranını bir fürsət olaraq gördü.

Bu müəssisələr bağlanarkən işçilər də kənarda qalmadı. İşçilər üçün yeni iş imkanları yaradıldı. Bu məqsədlə qısamüddətli təlim imkanları təmin edildi və işçilərin peşə ixtisasları artırıldı. Daha sonra güclü və effektiv makro nəzarət siyasətini həyata keçirən Çin köklü struktur islahatlar da tətbiq edərək iqtisadiyyatı da dəyişdirdi.

Qərbi Avropa ABŞ-dan qopur

Çinin inkişafındakı uğurlar kapitalizmin davam edən böhranlarının milli iqtisadiyyatlara olan təsirini məhdudlaşdırdı və böhran yükünün beynəlxalq səviyyədə inkişaf etməkdə olan ölkələrin üzərinə düşməsinin qarşısını ala bildi. Bu güc Çini dünya iqtisadiyyatının etibarlı və möhkəm bir təməlinə çevirib.

Bütün bunların bir təzahürü olaraq həm Qərbi Avropa ölkələri, həm də inkişaf etməkdə olan dünya (yəni Cənub ölkələri) Çinlə, xüsusilə 2008-ci il böhranından sonra daha sıx iqtisadi əməkdaşlıq qurmağa başlayıblar.

Atlantik düşərgəsi dağılır. Qərbi Avropa ölkələri ABŞ-ın uğursuzluğuna şərik olmaq istəmir. İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın dünya hegemoniyasının ilk addımı Avropaya nəzarət etmək idi. Onsuz da NATO da bu məqsədlə qurulmuşdu. NATO bir təhlükəsizlik paktı yox, ABŞ-ın dünya hegemonluğunun bir vasitəsi kimi fəaliyyət göstərirdi. Bütün NATO ölkələrində təşkil edilən gizli “Gladio” quruluşları ABŞ-ın bu ölkələrə nəzarət etmək üçün bir vasitəsi idi. Almaniya və Fransa dövlətləri bu gün ABŞ-ın öz məğlubiyyətinin əvəzini Avropa Birliyindən çıxmasına qarşı mübarizə aparırlar. Koronavirusun yayılması isə Qərbi Avropanın ABŞ-dan ayrılmasını sürətləndirir.

Geniş miqyaslı itkilərdən başqa, koronavirus pandemiyasının ilk qlobal təsiri dünya miqyasında iqtisadi daralmaya səbəb olub. Dünyada iqtisadi tənəzzül riski get-gedə artır. Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu son 10 ilin ən aşağı səviyyəsinə endirib. BVF bu il dünya iqtisadi artımını 3,2% olaraq qiymətləndirib. Göründüyü kimi, Çin və Hindistanın böyümə sürəti istisna olmaqla, dünya iqtisadiyyatının gələcək dövrdə riskli bir şəkildə daralacağını söyləyə bilərik.

Nəticə: “Bir Kəmər Bir Yol” cəhdi nümunədir

ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra qurduğu beynəlxalq iqtisadi nizamın əvəzinə, yeni bir beynəlxalq nizam qurmaq lazımdır. Lakin dəfə yeni bir hegemon səhnəyə buraxılmayacaq. İngilis imperializmini ABŞ-ın qlobal quldurluğu əvəz etmişdi. Hər iki imperialistin dünyaya ağalıq etmək iddiasına imkan yaradan iqtisadi gücləri var idi. Artıq inkişaf etməkdə olan ölkələr isə dünya iqtisadiyyatının sağ qalmasını təmin edirlər. ABŞ və AB-nin dünya iqtisadiyyatına verdiyi töhfə azalarkən, Cənubi Amerika, Qərbi Asiya və Afrikanın, xüsusən də Asiya Sakit Okean bölgəsinin payı hər il artır.

İnkişaf etməkdə olan ölkələrin Qərbin ağalığına son qoymaq əvəzinə, yeni bir hegemon qəbul etməsi üçün heç bir iqtisadi, hərbi və ya siyasi əsas yoxdur. Ədalətli, bərabərhüquqlu, qarşılıqlı hörməti və daxili işlərə qarışmamaq prinsipini əsas götürən, paylaşma yolu ilə inkişafı qəbul edən beynəlxalq iqtisadi sistem qurulmağa başlanıb. Yenicə dirçələn Bir Kəmər Bir Yol Təşəbbüsü də ədalətli yeni dünyanın carçısıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin yuan ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib - Yenilənib

Ən çox oxunanalar