Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi güzəştləri sahibkarlara bu imkanları yaradacaq - Vüqar Bayramov

“Azərbaycan hökuməti tərəfindən təsdiq edilən iqtisadi paketlə həm pandemiya, həm də postpandemiya dövründə sahibkarların dəstəklənməsi nəzərdə tutulur”...

Bunu APA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, bu baxımdan vergi güzəştləri həm pandemiya, həm də postpandemiya dövründə sahibkarlara bu cür güzəştlərdən istifadə etməklə, həm xərclərini minimumlaşdırmaq, həm də iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanı verəcək: “Güzəştlər mikromüəssisələr də daxil olmaqla, praktik olaraq, bütün sahibkarlıq subyektlərini əhatə edir. Sadələşdirilmiş vergi subyektləri üzrə vergi dərəcələrinin iki dəfə azaldılması həyata keçirilir. Eləcə də sahibkarlar üçün mənfəət və gəlir vergisinin 75%-lik güzəşt tətbiq edilib. Digər tərəfdən, torpaq və əmlak vergisində müddətli güzəştlər var. Praktik olaraq, güzəştlərin strukturuna və miqyasına diqqət yetirəndə birmənalı şəkildə qeyd etmək olar ki, bu güzəştlər sahibkarların postpandemiya dövründə öz fəaliyyətlərini daha qısa zamanda bərpa etməsinə imkan verəcək”.

Millət vəkili nəzərə çatdırıb ki, burada əsas məqsəd iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə nail olmaqdan ibarətdir: “Vergi güzəştləri əslində dövlətin dolayı maliyyə dəstəyi kimi də qiymətləndirilir. Çünki bu zaman artıq sahibkar hesabladığı vergini büdcəyə ödəmir, öz sərəncamında saxlayır. Bu da onun fəaliyyətinin genişləndirilməsinə imkan yaradır. Ölkə prezidentinin tapşırığına uyğun olaraq, postpandemiya dövründə sahibkarlar dövlət dəstəyindən daha çox faydalana biləcəklər. Yeni vergi güzəştlərinin təmin edilməsi iqtisadiyyatın leqallaşdırılması və daha liberal iqtisadiyyatın formalaşdırılmasına imkan yaradacaq. Atılan addımlar, tətbiq edilən güzəştlər bu kontekstdə postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir”.

pia.az

 


Etiket: Vüqar Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” - Video

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Ən çox oxunanalar