Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Statistika Komitəsi hökumətə yalan məlumat verir? - Gerçək rəqəmlər üzə çıxır

Statistika Komitəsinin yalan məlumatları hökumətə problem yaradıb...

Prezident İlham Əliyev videokonfrans rejimində keçirdiyi müşavirə zamanı birdəfəlik ödəmə ilə bağlı e-sosial.az saytına müraciət edən işsizlərin sayının kəskin artdığını deyib və araşdırılmasını tapşırıb.

“Mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar”.

PİA.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisdi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ümumiyyətlə, Azərbaycandakı statistik rəqəmlərin bəzisi dəqiq deyil:

“Son siyahıyaalma zamanı da göründü ki, bir çox evlərə gedilmədi, dəqiqəşdirmə aparılmadı. O cümlədən də cənab Prezidentin də bildirdiyi kimi, işsizlərin sayı dəqiq deyil. 190 manatlıq birdəfəlik ödəmə zamanı da işsizlərin sayı müəyyən qədər bilinir. Bu, çox ciddi problemdir və bunu araşdırmaq lazımdır. Cənab Prezidentə yanlış informasiya verənlər mütləq cəzalandırılmalıdır. Necə yəni işsiz adamı işləyən kimi göstərirsən və o da faktiki olaraq yardımlardan kənarda qalır?! Yaxşı ki, cənab Prezident bu kimi neqativləri aşkarlayır. Qeyd edim ki, bu, indinin məsələsi deyil. Bununla bağlı Dövlət Statistika Komitəsində ciddi problemlər var. Ölkədə aparılan siyahıyaalma dəqiq olsa, digər sahələrdə də dəqiqləşmə aparmaq çətin olmaz”.

Statistika Komitəsinin yalan məlumatları hökumətə problem yaradıb

V. Əhmədov qeyd edib ki, yalan informasiya verənlər mütləq cəzalandırılmalıdır:

“Hər kəs öz mundirini, öz kreslosunu qorumaq üçün istənilən addımı atır. Biz işsizlərin sayının 5 faiz olduğunu deyiriksə, bəs bu gün müraciət edən işsizlərin sayı niyə çoxdur? Yalan informasiyalarla hara qədər getmək olar?! Düzgün məlumat vermək lazımdır ki, cənab Prezident mövcud vəziyyəti analiz edə bilsin. Bilsin ki, ölkədə həqiqi vəziyyət nə cürdür. Prezident təkdir, o, hər şeylə tək-tək məşğul ola bilməz. Ona məlumatlar hökumət, nazirlər, İcra hakimiyyətləri tərəfindən verilir. Koronavirus göstərdi ki, bəzi məlumatlar dövlət başçısına düzgün verilmir. Bu yalnız işsizlərin sayı ilə bağlı deyil, problem digər sahələrdə də var. Hər məmur öz yerini qorumağın hayındadır”.

pia.az


Etiket: DSK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar