Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Sverdlovsk şəhərində koornavirusun ilk qurbanı azərbaycanlı iş adamı olub

Rusiyanın Sverdlovsk vilayətinin Krasnoufimsk şəhər xəstəxanasında 54 yaşlı azərbaycanlı sahibkar koronavirusdan ölüb...

O, həmin vilayətdə virusun ilk qurbanıdır.

PİA.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Natiq adlı həmin sahibkarın ölümü haqda onun tanışları bildirib. Bildirilir ki, sahibkar pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub və orda keçinib. Meyitin yarılması nəticəsində məlum olub ki, o koronavirusa yoluxubmuş.

"Vida mərasimindən sonra onun cənazəsini vətəni Azərbaycana apardılar. Ölənin adı Natiq idi, onu Krasnoufimsk şəhərinin sakinlərinin yarısı tanıyırdı. Vida mərasiminə çox adam gəlmişdi”,-yerli sakinlərdən biri E1.ru portalına bildirib.

Natiqin tanışı deyib ki, Krasnoufimskdə onun dul qalmış arvadı və qardaşı yaşayır. Mənbə cənazənin dünən aprelin 17-də Azərbaycana yola salındığını deyib. Lakin diaqnozu elan edəndən sonra ölənin meyitini sərhəddə sanitar zonada saxlamaq istəyirlər.

Sverdlovsk vilayətində koronavirusdan ilk ölüm faktının qeydə alındığı haqda bundan əvvəl qubernator Yevgeni Kuyvaşev açıqlamışdı.

Yerli sakinlər deyiblər ki, Natiqin 54 yaşı olub və o, fərdi sahibkarlıqla məşğul idi, meyvə-tərəvəz alveri edirdi. Tez-tez Moskvaya, Kazana və Sankt-Peterburqa gedib-gəlirdi. (Virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar