Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanda yaşayan ermənilərlə Türkiyədəki erməniləri eyniləşdirmək olmaz”

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Türkiyədəki erməni vətəndaşlara Pasxa bayramı münasibətilə təbrik ünvanlaması, üstəlik, mesajın sonunda ermənilərə öz dillərində xitab etməsi Azərbaycan ictimaiyyətində etirazlar doğurub...

Təkcə Türkiyədə deyil, Azərbaycanda kifayət qədər rəğbət qazanmış Ə.İmamoğlunun bu davranışı birmənalı qarşılanmayıb. Vurğulanıb ki, ermənilərin Türkiyəni qondarma “soyqırım”da ittiham etdikləri bir zamanda türk siyasətçinin erməniləri təbrik etməsi heç də xoş addım deyil. Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Münasibət bildirənlər arasında İmamoğlunu sərt tənqid edənlərlə yanaşı, bələdiyyə sədrinin hərəkətində ciddi yanlışlıq olmadığını düşünənlər də var.

Reaksiyaları dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məsələyə fərqli yanaşıb.

Partiya sədri bəyan edib ki, Əkrəm İmamoğlu sosial-demokratları təmsil edir. Həmin siyasi ideologiyaya xas siyasilər millətçilik və dövlətçilik dəyərlərindən uzaqdır: “Onları daha çox sosial ədalət maraqlandırır. Bu baxımdan ideoloji olaraq İmamoğlunun erməniləri xüsusi təbrik etməsində və sonda erməni dilində mesaj verməsində elə də qəbahət yoxdur. Digər tərəfdən əgər ermənilər Türkiyəni saxta “soyqırım”da ittiham edir, əksinə özləri türklərə qarşı qətliamlar törədirsə, bu o anlama gəlmir ki, mütləq türklər də düşmənləri kimi davranmalıdır. Ermənilər kiçik və gücsüz xalq olduqları üçün özlərini saxlamaq, varlıqlarını sübut etmək üçün bu cür ittihamlara ehtiyac duyurlar. Bütün zəiflər özlərini güclülərin hədəfinə qoymaq istəyir. Türklər kimi dünya tarixini yazan nəhəng bir millətin ermənilərin səviyyəsinə enib cılızlaşması qəbuledilməzdir. Erməniləri tərəf müqabili kimi görmək olmaz. İndiki vaxtda Türkiyənin Ermənistan siyasəti tamamilə düzgündür. Türklər ermənilərin kiçik demoqogiyasından çox yüksəkdə duran bir millətdir. Ona görə də erməniləri çox şişirtməməliyik. Bu mənada İmamoğlunun təbrikində qeyri-adi bir məqam yoxdur”.

S.Cəlaloğlunun sözlərinə görə, Türkiyədə Ermənistandan daha çox erməni yaşayır: “Qardaş ölkədə 3 milyondan artıq erməni yüz illərdir Türkiyə vətəndaşı kimi ömür sürürlər. Özü də Türkiyədəki ermənilərin çoxu İrəvanın Ankaraya qarşı apardığı siyasətə qarşı çıxır, Türkiyə dövlətini müdafiə edirlər. İmamoğlunun öz ölkəsinin vətəndaşlarını təbrik etməsi qıcıq doğurmamalıdır. Ermənistanda yaşayan ermənilərlə Türkiyədəki ermənilər eyniləşdirmək olmaz”.(sherg.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Ən çox oxunanalar