Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da prezident seçkiləri: Koronavirus Sandersi məğlub, Baydeni qalib elan etdi...

Bir neçə həftə əvvələ qədər heç kim Baydenin əməkdaşlıq üçün Sanderslə gizlincə telefonda danışacağını təsəvvür edə bilməzdi. Lakin Sandersin yürütdüyü siyasət post-koronavirus dönəmi üçün o qədər də radikal görünmürdü...

Holly Baxter

“The Independent” qəzeti, 14 aprel 2020-ci il

Berni Sandersin məhz indi namizədliyini geri çəkməsi təəccüblü deyil, çünki pandemiyaya görə genişmiqyaslı mitinqlər keçirmək və ilk seçkilərin keçirildiyi əsas ştatları ziyarət etmək imkanı sona çatıb.

Bankirlər isə Amerikanın çürük səhiyyə sistemi və bununla bağlı səsini çıxara bilməyən qorxaq sistem siyasətçiləri haqqında ağıllı-ağıllı danışarkən Berni həmişə öz formasında idi. Koronavirus və onun səbəb olduğu təcridlər rəqibinə nisbətən Co Bayden üçün daha əlverişlidir. #WheresJoe (Co haradadır?) heşteqi bir müddətdir Twitter-də trend olsa da, Bayden pandemiya ilə bağlı mülayim siyasət elanları paylaşaraq, həm Demokratları, həm də Respublikaçıları ələ almağı bacarmışdı. Keçmiş vitse-prezident, hətta Trampla öz sözləri ilə desək, “çox zərif” və “istiqanlı” şəkildə telefon danışığı həyata keçirib. (Prezident də bu barədə, “çox gözəl söhbət oldu” deyib).

Tramp hər nə qədər Demokratların ərdəmli və zərər çəkmiş Sandersi yarışdan kənarlaşdırmaq istədiyini deyərək, hay-küy salsa da, Baydenin zəngini qəbul edərək əsl niyyətini büruzə verib. Bundan açıq şəkildə görünür ki, “Miskin Co”ya çıxışlarında göstərdiyindən daha çox hörmət bəsləyir. Tramp məlum zəngi qəbul edərək Baydenin Sandersi yarışdan kənarlaşdırmasına kömək etdi.

Əlbəttə ki, bunların hamısı çox qəddar istehzadır, çünki koronavirusun ortaya çıxardığı başqa bir məsələ də “Medicare-for All” siyasətinin (Berni Sandersin “hər kəs üçün sağlamlıq” vədi) nə dərəcə məqsədəuyğun olmasıdır. ABŞ-da xəstəxanaların bir-biri ilə yarışdığı və məlumat mübadiləsinin təşviq edilmədiyi çürük səhiyyə sistemi bu qədər təzyiqə tab gətirə bilməyib çökdü. Pandemiyanın ilk günlərində test fiaskosu da gündəmə gəlmişdi. ABŞ Administrasiyası Qərbi Virciniyada hələ yoluxma faktının qeydə alınmadığı qürurla bəyan etdiyi halda, koronavirusa yoluxan vətəndaşlar dövlətin pis görünməmək üçün xalqın testlərdən keçməsinə mane olduğunu qeyd edirdilər. Tramp Kaliforniyada bir turist gəmisinin limana yanaşmasına icazə vermək üçün uzun müddət tərəddüd edib. Çünki guya “onların günahı olmayan” yoluxma sayının ikiqat artırmasını istəməyib. Kimin harada, nəyə ehtiyacı olduğu barədə mərkəzi məlumat sahəsi olmadığına görə ölkənin hər yerindən olan ştat rəhbərləri və bələdiyyə başçıları şəhər fondlarından istifadə etməklə özəl şirkətlərdən tibbi avadanlıq almağa qərar veriblər. Sanders fəlakətdən əvvəl bütün bunların baş verəcəyini bilirdi, lakin çox az adam onu ciddiyə almışdı.

Artıq qulaq asmaq məcburiyyətində qala bilərlər. Berninin mülayim sosialist və kollektivist fikirləri artıq aradan qaldırmalı olduğumuz tənəzzül dönəminə olduqca uyğun gəlir. Coşğun Amerika kapitalizmi artıq sona çatır. Bir neçə həftə əvvələ qədər Respublikaçı Ağ Evin ABŞ-lı vergi ödəyicilərinin hər birinə 200 dollarlıq çek göndərəcəyi heç kimin ağlına gəlməzdi. İndi isə həmin Ağ Ev bəzi Demokratların normal vaxtlarda müqavimət göstərəcəkləri siyasətləri Konqresə təqdim etmək məcburiyyətində qala bilərlər.

Keçən ay baş tutan “Super Çərşənbə axşamı” (ön seçki iclası) ərəfəsində bu yaxınlarda yarışdan geri çəkilmiş Pit Battiqeq, Emi Klobuşar və Beto O'Roukun keçmiş vitse-prezidentə dəstək verdiyini elan etməsi və bir kampaniya mitinqində onun yanında durmaq üçün Dallasa qədər getməsi ilə birlikdə vəziyyət Baydenin lehinə çevrildi. O günlərdə Baydenin Berni Sanderslə əlaqə quracağı heç kimin ağlına gəlməzdi, ancaq Baydenin mülayim rəqibləri ilə gizli telefon danışığı aparması tamamilə məntiqlidir. Bir çoxları düşünür ki, dəstək vermələri qarşılığında Battiqeq, Klobuşar və O'Rouka Adminstrasiyada bir vəzifə vəd edilib.

Bu yeni mənzərədə ola bilməz ki, Bayden və Sanders gizlicə telefonda danışmasınlar. Əgər Co keçən həftə prezident Trampla mədəni şəkildə danışa bilibsə, bu deməkdir ki, Berni ilə razılaşma əldə etmək üçün daha böyük imkanı var. Əgər bu telefon danışığı baş tutubsa, o zaman Baydenin belə bir şey demiş ola biləcəyini düşünürəm: “İlin əvvəlindən bu vaxtadək hər şey dəyişib. Kirayə ödəyənlərin qorunması, sosial təminatın genişləndirilməsi, işçi qüvvəsinin qorunması, pulsuz uşaq baxımı və tibbi xidmətə görə yaranan borcun aradan qaldırılması kimi məsələlər koronavirusdan sonrakı aylarda o qədər də radikal görünməyəcək. Bunu birlikdə etməyimizə icazə versəniz, xəyal etdiyiniz işlərin çoxunu görməyə imkan olacaq”.

Sanders kampaniyasının bitirməsini elan etdiyi gün “Bu ölkənin gələcəyi bizim fikrimizdədir”, deyib. Üstəlik, bir çoxları bu “ağrılı qərar”dan kədərlənsə də, Sandersə Bayden administrasiyası nəzdindəki Ağ Evlə mümkün qədər yaxından işləmək imkanı verilmiş olacaq.

Bu günki müharibədə Baydenin qalib gəldiyi aydındır.

Ancaq uzun müddət ərzində Berni Sanders və onun inandığı şeylər də bu müharibənin qalibi ola bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar