Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tibbi maska istehsalı ilə bağlı rəsmi açıqlama

“Azərbaycana bu günə qədər tibbi maskalar tam idxal olunurdu. Müəssisənin fəaliyyəti ilə idxaldan asılılığımız başa çatacaq və biz özümüzü maskalarla təmin edəcəyik”...

Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki həftə ərzində sahibkar tərəfindən lazımi avadanlıq, xammal alınıb:

“Burada insanların qorunması və gigiyenik vəziyətin lazımi vəziyyətdə saxlanılması üçün tibbi spirtlər və dezinfeksiya vasitələri də istehsal olunur”.

N.Səfərov qeyd edib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin investisiya xərcləri 3,9 milyon manat təşkil edir:

“Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir”.

Qeyd edək ki, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla, birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Ən çox oxunanalar