Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Pulsuz cibdə, şəraitsiz evdə, xəstə orqanizmdə necə sağlam ruh ola bilər.."- Ekspert

“Zibillikdə eşələnənlər üçün evdə oturmaq virusdan da pis ölümə bərabərdir”...

“İnsanlar zavodlar, fabriklər bağlanandan çöldədirlər. Artıq 30 ildir. Səhər evdən çıxıb axşam qayıdırlar. Bəziləri hətta evdən çıxıb daha uzağa - Rusiyaya, Türkiyəyə, İrana gediblər. Bir tikə çörək üçün. Avropaya, Amerikaya baxmayın. Onlar heç vaxt evlərini tərk etməyiblər. Ona görə də vətəndaşları da karantin qaydalarına əməl edirlər. Bilirlər ki, hökumətləri dəstək verəcək. Bizdə fərqli situasiyadır. Dövlətdən dəstək gözlədikləri halda məlum oldu ki, dəstək rəsmi işləyənlərə olacaq. Yenə də evdə oturmağa vaxtı olmayanlar köməksiz qalacaqlar”.

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Samir Əliyev deyib.

S.Əliyev bildirib ki, insanları evdə oturmamağa görə qınamaq olmaz: “Onlar bunu çoxdan unudublar. Bəyəm işlədikləri kafelərdə, çayxanalarda az xəstəlik tapıblar? Yoxsa tikintidə az ölümlə üzləşiblər? Xəstəxanalarda necə - az can itiriblər? Yol nəqliyyatında bəs? Binalar o qədər boş qalıb ki, indi 24 saat camaatı saxlamağa tab gətirəcəklərmi? İsti evdə notebook qarşısında çörək pulu qazananlar üçün evdən çıxmamaq faciə olmaya bilər, amma çörəyi daşdan çıxanlar, zibillikdə eşələnənlər üçün evdə oturmaq virusdan da pis ölümə bərabərdir. Evdə oturmaq gündəlik çörək pulu dalınca gedənlərə can sağlığından başqa heç nə verməyəcək. Onlar üçün can sağlığı şərtidir. Çünki evdə oturmaq da can sağlığına ziyandır. Pulsuz cibdə, şəraitsiz evdə, xəstə orqanizmdə necə sağlam ruh ola bilər...” (Pravda.az)

pia.az

 


Etiket: Samir Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar