Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Koronavirusdan sui-istifadə edib siyasi predmentə çevirməməliyik" - Sərdar Cəlaloğlu

“Heç kəs şıltaqlıq eləməsin...”...

Koronavirus (COVİD-19) Azərbaycanda da yayılıb və hökumət bu pandemiyaya qarşı müxtəlif hazırlıq tədbirləri həyata keçirilib.

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenisabah.az-a açıqlama verib. O bildirib ki, hökumətin verdiyi tapşırıqlara ciddi əməl edilməlidir, əks halda Azərbaycanı daha çətin vəziyyət gözləyə bilər:

“Bizim milli və dini həyat tərzimiz koronavirus kimi xəstəlikdən qorunmağa kifayət edir. Çünki bilirsiniz ki, gündə 5 dəfə namaz qılınmalı, namazdan öncə əl-üzünü yumalısan. Ümumiyyətlə, ölkədə Prezident və Birinci vitse-prezidentin apardığı tədbirlər effektlidir. Mənə elə gəlir ki, hər bir vətəndaş buna əməl etməlidir. Bu məsələdə iqtidar-müxalifət qarşıdurması olmamalıdır.

Hamımız virusdan qorunmaq üçün səfərbər olmalıyıq. Məsələdən sui-istifadə edib siyasi predmentə çevirməməliyik. Bu pandemiya yalnız Azərbaycan xalqının birliyi ilə çıxıb gedə bilər. Hələlik digər Avropa ölkələrinə gedən proseslərlə müqayisədə Azərbaycan normal vəziyyətdədir. Amma bundan arxayın olmaq olmaz. Gözlənilmədən nəhəng partlayışlar ola bilər.

Sadəcə olaraq, tövsiyə edilən bütün sanitar tədbirlərin hamısına sözsüz əməl etmək lazımdır. Mümkün qədər ictimai toplantılardan uzaq olmaq lazımdır. Pandemiyalarda xəstələrin eqoizmi böyük rol oynayır. Bundan da qaçmaq lazımdır. Çalışmalıyıq ki, xəstələrin özü sağlamlıqlarını qorusun. “Xəstələr sağlamlığını qorusun” devizi altında təbliğat aparılmalıdır. Əgər hər hansı şəxs xəstəliyə tutulduğundan şübhəlidirsə, özü özünü təcrid etməlidir.

Mənə elə gəlir ki, havalar isindikcə vəziyyət yaxşılığa doğru dəyişəcək. Hökumətin tapşırdığı bütün qaydalara əməl etmək lazımdır. Heç kəs şıltaqlıq eləməsin. Məsələyə qeyri-ciddi yanaşmaq olmaz. Çünki elə nəticələr yaşanar ki, bütün Azərbaycan əhalisi yer üzündən silinə bilər. Hamı başa düşməlidir ki, çox adam xəstələnəcək, ölkənin tibbi imkanları onların hamısına yardım göstərməyə yetməyəcək. Yəni, əgər həkim və lazımi dərmanlar yoxdursa, xəstələr yalnız baxımsızlıqdan məhv olacaqlar.

Ona görə də mümkün qədər az adamın xəxtələnməsi lazımdır. Lazım gəlsə, xalqın təhlükəsizliyi naminə ən kəskin qərarlar alınmalıdır. Ölkədə hərbi vəziyyət elan olunmalıdır. Maarifləndirmə işləri gücləndirilməli, məsələ ilə bağlı reklamlar verilməli, ictimai yerlərə elanlar yapışdırılmalıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar