Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir konqresmen Xocalı faciəsi ilə bağlı bəyanat verib

ABŞ Konqresində Xocalı qətliamı ilə bağlı bəyanatlar verilməkdə davam edir...

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, növbəti bəyanat Arizona ştatını təmsil edən Konqres üzvü Pol Qosar tərəfindən verilib.

Bəyanatda, 28 il bundan əvvəl baş vermiş faciə ABŞ Konqresinin diqqətinə çatdırılır, Azərbaycanın bu gün Qafqaz bölgəsində geniş imkanlara, zəngin mədəniyyətə və cəmiyyətə, stabil hökumət və əmin-amanlığa, zəngin neft ehtiyatlarına malik olması vurğulanmaqla yanaşı, müstəqillik əldə etməsinin ilk illərində Azərbaycanın çətinliklərlə mübarizəsi, Sovet rejiminin çökməsi nəticəsində Ermənistanla yaranmış münaqişə barədə məlumat verilir.

Münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri və Qarabağ erməniləri tərəfindən Xocalı əhalisinə qarşı hücum edildiyi, bunun nəticəsində 613 nəfərin qətlə yetirildiyi Konqres üzvü tərəfindən bildirilir. Qətliam qurbanlarının anılmasının və mülki əhaliyə qarşı hücumların qəbuledilməz olduğunun vurğulanmasının əhəmiyyəti diqqətə çatdırılır.

ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olmasına görə məmnunluğunu ifadə edən Konqres üzvü, ölkəsinin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyini, Xocalı əhalisinin xatirəsinin yad edilməsinin, onların ailələrinin və Azərbaycan əhalisinin belə qətliamla bir daha üzləşməməsini təmin etmək məqsədilə münaqişənin həllinin vacib olduğu bəyanatda qeyd edilir.

ABŞ-ın Azərbaycanla güclü ikitərəfli münasibətlərini yüksək qiymətləndirən Konqres üzvü, iki ölkənin əhalisinin rifahı, habelə ümumilikdə Qafqazın inkişafı və zəngin potensialının dünyanın diqqətinə çatdırılması naminə uğur əldə ediləcəyinə ümidvar olduğunu bildirmişdir.

Bəyanatın sonunda, Xocalı qurbanlarının xatirəsi bir daha yad edilir və bildirilir ki, ABŞ-la Azərbaycan arasında ikitərəfli münasibətlər inkişaf etdirilməklə və münaqişənin ədalətli və sülh yolu ilə həllinə çalışılmaqla yanaşı, onların əziz xatirəsi anılacaqdır. Azərbaycanla Ermənistan arasında sülh və yaxşı qonşuluq münasibətlərinin bütün tərəflər üçün əmin-amanlıq yaradacağı bəyanatda vurğulanır.

Bəyanatın mətni ilə https://www.congress.gov/116/crec/2020/02/26/modified/CREC-2020-02-26-pt1-PgE218-4.htm internet səhifəsində tanış olmaq mümkündür.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar