Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Təsadüfi adamlar YAP-dan uzaqlaşdırılmalıdır"

Məşhur YAP-çıdan sensasion açıqlama...

"Son parlament seçkisi və son həbslərdən məlum olur ki, YAP-da ciddi islahatlara ehtiyac var".

Bunu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Musayev deyib. O, bildirib ki, YAP-ın seçkidə iştirak edən keçmiş deputatları - Hadı Rəcəbli (YAP Siyasi Şurasının üzvü), Hüseynbala Mirələmov (YAP Xətai rayon təşkilatının sədri) seçkidə qalib ola bilmədi.

"Eyni zamanda YAP Ağstafa rayon təşkilatının sədri, RİH-nin başçısının müavini, Neftçala rayon YAP-ın sədri, YAP Neftçala rayon Qadınlar Şurasının sədri və həmçinin deputatlığa qadın namizədi, RİH başçısının müavini həbs edilirsə, bu kimi digər xoşagəlməz hadisələr davamlı olaraq təkrarlanırsa, onda bu onu deməyə əsas verir ki, YAP-da islahatlara ehtiyac var .

YAP-ın İcra katibliyində , İdarə Heyətində və Siyasi Şurasında köklü islahatlar aparılmalıdır. Dəyişikliklər qaçılmazdır!

Təsadüfi adamlar YAP-ın Mərkəzi Aparatından uzaqlaşdırılmalıdırlar! YAP-ın yaradıcılarından biri və Siyasi Şuranın üzvü kimi bu hallar məni çox narahat edir.

Düşünürəm ki, qısa zaman kəsiyində bu istiqamətdə tədbirlər görülməsə vətəndaşlarda partiyamıza inam azala bilər. İnanıram ki, yaxın zamanda YAP-ın qurultayı keçiriləcək və biz yeniliklərin şahidi olacağıq".(yeni sabah)

pia.az


Etiket: Musa Musayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar