Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə tələbələr təhdid edilir - "Pərvin Kərimzadəyə səs verməsəniz..."

Gəncədə yerləşən universitetlərin rektorlarının tələbələrə hədə-qorxu dolu “seçki təlimatı” verdikləri bildirilir...

Secki.net-ə daxil olan məlumata görə, Gəncədə fəaliyyət göstərən ali məktəblərin rektorları 9 fevral növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədi Pərvin Kərimzadəyə səs vermələri ilə bağlı tələbələrə “təlimat” verib.

Məlumata əsasən, universitet rektorları tələbələrdən fevralın 9-da seçki məntəqəsinə gedərək, YAP-ın namizədinə səs verməyən tələbələri ali məktəbdən qovmaqla hədələyiblər.

Qeyd olunur ki, rektorlar bu tələblərinin yerinə yetirilməsini yoxlamaq üçün “orijinal” üsul da fikirləşiblər.

Onlar səsverməyə qatılacaq tələbələr qarşısında seçki bülletenində məhz Kərimzadəyə səs verdiklərini təsdiqləyən “fotosübut”u da universitet rəhbərliyinə təqdim etmək şərtini qoyublar.

Bu informasiya Gəncədə yerləşən unniversitetlərin rəhbərlərinin seçkilərin nəticələrinə müdaxilə etmək və saxtakarlığa əl atmaq hazırlığında olduqlarını göstərir.

Qeyd edək ki, YAP-ın 37-ci seçki dairəsindən namizədi Pərvin Kərimzadə Gəncə Dövlət Universitetinin prorektorudur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

Ən çox oxunanalar