Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mən bu işıqlı gündə hansısa uydurma haqda danışım?”- Serj Sərkisyan

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan dünən yanvarın 28-də Yerevanda ordu günü münasibətilə keçirilən tədbirdə jurnalistlərin sualları ilə qarşılaşıb...

Virtualaz.org xəbər verir ki, jurnalistlər ondan baş nazir Nikol Paşinyanın Qafanda ötən həftə keçirdiyi mətbuat konfransında dedikləri barədə şərh istəyiblər. Həmin çıxışında Paşinyan keçmiş hakimiyyətin Qarabağ danışıqlarında ona “ağır miras” qoyub getdiyini, Serj Sərkisyanın dövründə danışıqlar predmeti olmuş sənədin 7 ətraf rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutduğunu demişdi.

“Siz inadla bunu istəyirsiniz ki, mən bu işıqlı gündə hansısa uydurma haqda danışım?”,-Serj Sərkisyan belə deyib.

KİV-lər isə Sərkisyanın 2016-cı ildə Rusiya teleaparıcısı Dmitri Kiselyova müsahibəsində dediklərini xatırladıblar. Həmin müsahibədə Sərkisyan deyirdi ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair üç prinsipə-sərhədlərin toxunulmazlığına, xalqların öz müqəddəratını təyin etməsinə və güc tətbiqindən imtinaya əsaslanan variant hazırlanıb. Və həmin sənədin imzalanacağı təqdirdə ErmənistanDağlıq Qarabağ yeddi ətraf rayonu boşaltmalıdır. Lakin Sərkisyan qeyd edirdi ki, həmin rayonların boşaldılması ancaq xalqların öz müqəddəratını təyin etmə hüququnun reallaşması üçün referendumun keçirilməsi şərti ilə baş verə bilərdi.

“Erməni tərəfi, yəni Dağlıq Qarabağ Ermənistan hazırda təhlükəsizlik zonasını təşkil edən həmin əraziləri tərk edirlər. Yəni həmin əraziləri ki, indi azərbaycanlılar onun işğal olunduğunu deyir. Yeddi Azərbaycan rayonu. Biz həmin rayonları tərk edirik və gedirik. Yəni bu həmin ərazi bütövlüyü prinsipidir. Lakin orada birinci bənddə dəqiq yazılıb ki, Dağlıq Qarabağın yekun hüququ statusu orada yaşayan əhalinin sərbəst iradəsi ilə, referendumla müəyyən edilməlidir”,-Serj Sərkisyan prezident olanda belə demişdi.

Xatırladaq ki, Paşinyan ətraf rayonların Azərbaycana qaytarılmasını, Dağlıq Qarabağda referendumun keçirilməsini nəzərdə tutan həll modelinə münasibət bildirmək üçün "Dağlıq Qarabağ prezidentliyinə namizədlərə" çağırış edib. Və həmin "namizədlər" dərhal bu həll variantına qarşı olduqlarını bildiriblər və ərazilərin qaytarılmasının danışıqlar predmeti olmayacağını deyiblər. Serj Sərkisyanın partiyası isə Paşinyanı qorxaqlıqda, Qarabağa dair hər hansı mövqeyə malik olmamaqda ittiham edib. Azərbaycan tərəfi hələlik Paşinyanın Qarabağa dair növbəti populist gedişinə reaksiya verməyib.

pia.az


Etiket: Sarkisyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Ən çox oxunanalar