Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in Akademiyasında 20 Yanvar faciəsinin anım mərasimi keçirilib

FHN-in Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib...

Yanvarın 17-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

FHN-dən PİA.az-a verilən məlumata görə, tədbir iştirakçıları, əvvəlcə, faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi , ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Akademiyanın rəisi general-mayor Baba Salayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, müstəqilliyimiz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi ürəklərdə yaşayır və əbədi olaraq yaşayacaqdır. O, qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq günahsız mülki şəxslər amansızcasına qətlə yetirilib.

O ağır günlərdə bütün çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyev respublikamızın Moskvadakı Daimi nümayəndəliyinə gələrək faciəni törədənləri kəskin ittiham edib, öz xalqı ilə həmrəyliyini nümayiş etdirərək sovet qoşunlarının Azərbaycandan dərhal çıxarılmasını tələb edib.

Akademiyanın rəisi bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin ailələri və əlillərinin sosial problemlərinin dövlət səviyyəsində həllinə mühüm vəzifələrdən biri kimi daim diqqət yetirir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü, ”Qızıl Pəri“ mükafatı laureantı Nizami Abbasov 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin ərsəyə gəlməsində tarixi hadisələrin xronoloji ardıcıllıqdan istifadə edildiyini xatırladaraq, 1990-cı il 20 Yanvar faciəsində sovet qoşun hissələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi cinayət faktının gənc nəslə ötürülməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən “Silahdaşlar” sənədli filmi nümayiş olunub.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar