Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda kişi saxta pulla mobil telefon alıb

Saxta manatın yayılması ilə bağlı daha bir fakt ötən gün Bakının Nərimanov rayonunda aşkar edilib...

 

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

17-ci Polis Bölməsinə paytaxt sakini 26 yaşlı Abil Manaflı şikayət edib.

Gənc cib telefonunu satmaq qərarına gəldiyini bildirib. Uzun müddət bir alıcı axtarmağa ehtiyac olmayıb, çox keçmədən bir nəfər A.Manaflı ilə əlaqə saxlayaraq onunla razılığa gəlib.

Gənclər yanvarın 12-si, saat 21:45-də Əhməd Rəcəbli küçəsində, 36 nömrəli binanın yaxınlığında görüşüblər. Naməlum şəxs A.Manaflıya 200 manat məbləğində üç əskinas verib, mobil telefonu götürüb gedib.

Zərərçəkmiş aldığı pulun saxta olduğunu biləndə çox gec olub.

Hazırda əməliyyat-axtarış müvəkkilləri saxta pul yayan şəxsin tutulması üçün tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, yanvarın 11-də Binəqədi rayonu ərazisində, Dərnəgül kəndində İsmixan Əzimova məxsus mağazada naməlum şəxs saxta yüz manat ödəyərək alış-veriş edib.

Faktla bağlı heç kim tutulmayıb.

2019-cu ilin dekabr ayında Binəqədi rayonunda ən böyük nominallı əskinasın saxtalaşdırılması ilə bağlı ikinci hadisə qeydə alınıb. Binəqədi şosesində yerləşən mağazada alıcı saxta 200 manat əskinas ödəyib.(oxu.az)

pia.az


Etiket: saxta pul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

Ən çox oxunanalar