Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Prezidenti Abxaziyada baş verənlərə münasibət bildirib - Foto

Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsində etiraz aksiyası başlayıb...

APA-nın Gürcüstan bürosu xəbər verir ki, ötən il sentyabrın 8-də keçirilən qondarma “prezident seçkiləri”nin ikinci turunun nəticələrinin ləğv edilməsini tələb edən etirazçılar bu gün səhər saatlarından Suxumidə küçələrə çıxıblar. Günun sonuna doğru “prezident sarayı”na hücum edən 500-dək etirazçı isə binanın pəncərələrinin şüşələrini sındıraraq işçəri daxil olub.

Məsələ ilə əlaqədar açıqlama verən separatçı respublikanın defakto rəhbəri Raul Xacimba hadisələri “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirdiyini bildirib və qondarma respublikanın “Təhlükəsizlik Şurası”nın iclasını çağırıb. O, hadisələrin gedişindən asılı olaraq, fövqəladə vəziyyət rejimi tətbiq edə biləcəyini istisna etməyib.

Gürcüstan Prezidenti Salome Zurabişvili isə baş verən hadisələrə "Twitter" hesabı üzərindən reaksiya verib. Xanım prezident bildirib ki, Suxumi və Abxaziyada gedən prosesləri yaxından izləyir.

“Suxumidəki hadisələri və işğal edilmiş Abxaziyada vətəndaşlarımızın təhlükəsizliyini, taleyini və insan haqlarını yaxından izləyirəm”, - deyə S.Zurabişvili qeyd edib.

Qeyd edək ki, ötən il avqustun 25-də Gürcüstanın Abxaziya bölgəsində qondarma “prezident seçkiləri” keçirilib. Seçkilərin sentyabrın 8-də baş tutan ikinci turundan sonra Raul Xacimbanın yenidən qələbə qazandığı elan edilib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin seçkilərin və onun nəticələrinin tanınmadığına dair bəyanat yaymışdı.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, - deyə XİN-in açıqlamasında qeyd edilmişdi.

pia.az


Etiket: Abxaziya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ən çox oxunanalar