Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İran bunu etsə sağ qalacaq, etməsə..." - Jirinovskidən Tehrana çağırış

General Qasım Süleymaninin qətlindən sonra rusiyalı siyasətçi Vladimir Jirinovski İrana "Liviya ssenarisi"nin təkrarlanmaması üçün ərazisində Rusiya bazasının yerləşdirilməsi barədə düşünməyi təklif edib

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri öz Teleqram-kanalında yazıb.

V.Jirinovski bildirib: “Qasım Süleymaninin qətlə yetirilməsinin əsas səbəbi İranİraq şiələri arasında nifaq salmaq və beynəlxalq ictimaiyyəti İrana növbəti zərbələr endirməyə hazırlamaqdır. Bu ölkənin parçalanması ssenarisi artıq 10 ildir hazırdır və tədricən icra edilir”.

Siyasətçinin yazdığına görə, generalın öldürülməsi bütün Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə, şiə, müsəlman və antiamerikan qüvvələrinin həmrəyliyinə səbəb olub.

"Beləliklə, ABŞ Rusiyanı 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana girməsindən sonra olduğu kimi, müsəlman dünyası ilə qarşıdurmaya cəlb etmək istəyir", - deyə Jirinovski qeyd edib.

V.Jirinovski bildirib ki, ABŞ müasir Rusiya və Çinə zərbə endirməyə, Yaxın Şərqdəki alovun qonşu bölgələrə yayılmasına çalışır və bu, nüvə silahının tətbiq olunduğu böyük müharibəyə gətirə bilər.

“Lakin biz bunun qarşısını ala bilərik. İran Rusiyaya müraciət edə bilər, biz isə tez bir zamanda Hind okeanı sahilində öz hərbi-dəniz, hərbi-hava bazalarımızı və quru qoşunlarımızı yerləşdirə bilərik. Həmçinin İran müasir hava hücumundan müdafiə sistemini almaqla öz səmasını bağlaya bilər. İran bunu etsə, sağ qalacaq, etməsə, onu Liviyanın taleyi gözləyir. Biz bunu istəmirik, əksinə müasir və effektiv özünümüdafiə tədbirləri görməyi təklif edirik”, - deyə siyasətçi əlavə edib.

pia.az


Etiket: Jirinovski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar