Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon Qasim Süleymaninin öldürülməsini üzərinə götürdü

ABŞ Müdafiə Nazirliyi İranın əfsanəvi generalının ölümünü təsdiqləyib və hücumu öz üzərinə götürüb...

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandiri, əfsanəvi general Qasim Süleymani dünən Bağdad aeroportuna edilən raket hücumu zamanı öldürülüb.

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Bağdad aeroportunda İran generalına qarşı raket hücumunu Pentaqon öz üzərinə götürüb. Pentaqondan verilən məlumata görə ABŞ prezidenti Donald Trampın əmrinə əsasən Süleymanin öldqrülməsi ilə bağlı əməliyyat hazırlanıb və həyata keçirililib.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, bu əməliyyat İranın ABŞ-a qarşı hücumlarının qarşısının alınması məqsədi ilə həyata keçirilib. Açıqlamada Süleymani tərəfindən İraqda və bütün regionda ABŞ səfirliklərinə qarşı hücumların hazırlandığı qeyd edilib və İraqdakı ABŞ səfirliyinə qarşı həyəta keçirilən hücumun da Süleymani tərəfindən planlandığı qeyd edilib. Həmçinin qeyd ddilir ki, Süleymani və “Qüds” qüvvələri yüzlərlə ABŞ hərbiçisinin öldürülməsində və minlərlə əsgərin yaralanmasına səbəb olan əməliyyatlar həyata keçiriblər.

Qeyd edək ki, dünən yayılan məlumatda bildirilirdi ki, Bağdadda raket hücumu zamanı şiə qruplaşmasının rəhbərlərindən bir neçəsi ölüb, 12 İraq hərbçi yaralanıb

Bağdadda Süleymaniyə qarşı həyəta keçirilən raket zərbələri zamanı “əl-Haşd əl-Şəbab” şiə qruplaşmasının yüksək rütbəli nümayəndələrinin də öldürüldüyü bildirilir.

“Əl-Cəzirə” telekanalıının yaydığı məlumata əsasən öldürülən şiə könüllülərinin arasında “əl-Haşd əl-Şəbab” şiə qruplaşmasının ictimaiyətlə əlaqələr şöbəsinə rəhbərlik edən Məhəmməd əl-Cabir də olub.

“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumatda isə bildirilir ki, raket mərmilərindən biri mülkü maşına dəyib, partlayış nəticəsində maşındakılar ölüb.

Raket zərbələri həmçinin İraq ordusu və beynəlxalq koalisiyanın hərbi obyektlərinə də düşüb. Bağdad Beynəlxalq Hava Limanı bağlanıldığı, uçuşların müvəqqəti dayandırıldığı bildirilir.

İraq Təhlükəsizlik Qüvvələrinin məlumatına görə, hücum zamanı 12 hərbçi yaralanıb.

Xatırladaq ki, Qasim Süleymani 1998-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan “Qüds” qüvvələrinin komandiri olub. Süleymani ABŞ-ın əsas düşmənləri arasında yer alıb. Bu günə qədər onun öldürülməsi haqda bir neçə dəfə xəbər yayılıb, lakin sonradan təsdiqini tapmayıb.

Süleymani hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəkləyib və Bəşər Əsədin hakimiyyətdə qalmasında müstəsna rpl oynayıb. Süleymani 2014-15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və Şiə milis qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verib və İraqda İŞİD-in məğlub edilməsində xüsusi rol oynayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar