Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhəmməd Cavad Zərif Rusiyada rəsmi səfərdədir

İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı və digər vəzifəli şəxslərlə danışıqlar aparmaq üçün Rusiyaya rəsmi səfər edib.

APA İRNA-ya istinadən xəbər verir ki, bazar günü axşam M.Zərifi “Vnukovo” hava limanında Rusiya Xarici İşlər Nazirliyinin Asiya İdarəsi rəhbərinin müavini Maksim Baranov və bir sıra İran rəsmiləri, o cümlədən İranın Moskvadakı səfiri Kazem Cəlali qarşılayıblar.

Zərifi bu səfərdə siyasi məsələlər üzrə müavini Abbas Arağçı və XİN-in sözçüsü Abbas Musavi müşayiət edəcək.

Bu gün iranlı nazir rusiyalı həmkarı ilə görüşəcək. Görüş zamanı regionda, habelə beynəlxalq aləmdə son durumun, eyni zamanda ikitərəfli əlaqələrin inkişaf yollarının müzakirə ediləcəyi bildirilir.

Suriya böhranı, Fars körfəzindəki vəziyyətin də müzakirə mövzusu olacağı deyilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar