Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev qanun imzalayıb...

Prezident İlham ƏliyevAzərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

"Report" xəbər verir ki, sənəddə deyilir:

1. “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qanunla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında Əsasnamə”nin 8-ci hissəsindən “və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali komandanlığına” sözləri çıxarılsın;

1.2. həmin Qanunla təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqlarının Təsviri”nin 4-cü hissəsi ləğv edilsin;

1.3. “Şəkil 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının bayrağı” ləğv edilsin.

2. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 515; 2005, № 10, maddə 874; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1303; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1674-VQD nömrəli Qanunu) 8.2-ci maddəsinə “digər dövlətlərin” sözlərindən əvvəl “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı,” sözləri əlavə edilsin.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar