Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlcəzairdə yeni dönəm - Yeni prezident Qərbə sərf edəcəkmi?..

Fransa və ümumilikdə bütün Qərb Təbbunun seçilməsindən məmnun deyil...

Ali Rıza Taşdelen

“Aydınlık” qəzeti, 16 dekabr 2019-cu il

Əlcəzairdə gözlənilən prezident seçkiləri 12 dekabr günü keçirilib. Seçkilərin birinci turunda Əbdülməcid Təbbun 58% səs toplayaraq prezident seçilib.

Seçkilərdə iştirak səviyyəsi təxminən 40% olub. Əlcəzairin müstəqillik qazandığı 1962-ci ildən bu yana ən aşağı göstəricidir. Amma bu, gözlənilən bir vəziyyət idi. Əlcəzair xalqı 45 həftədir hər cümə günü hökümətə və orduya qarşı etiraz aksiyaları keçirirlər. Daha doğrusu, 1962-ci ildən bəri ölkəni idarə edən Əlcəzair Milli Qurtuluş Cəbhəsinin dövlətin bütün mərtəbələrindən təmizlənməsini istəyirlər. Özünü “Hirak” adlandıran nümayişçilər seçkiləri boykot edib və səsvermədə iştirak etməyib. 

Əbdülməcid Təbbun kimdir?

Yeni prezident Fransa imperializminə qarşı azadlıq mübarizəsi aparan və 1989-cu ilə qədər Əlcəzairin yeganə partiyası olan Milli Qurtuluş Cəbhəsinin Mərkəzi Komitəsinin üzvüdür. 1970-1980-ci illərdə dövlət bürokratiyasının önəmli hissələrində çalışıb və bir çox vilayətin qubernatoru olunb. 1991-ci ildə sabiq prezident Şadli Bəncədid dönəmində qısa bir müddət nazir vəzifəsində fəaliyyət göstərib.

Nümayişlərdən sonra 2019-un aprel ayında istefa verən sabiq prezident Əbdüləziz Buteflika dönəmində də Rabitə və Məskunlaşma naziri vəzifəsini tutub (1999-2002). Təbbun 10 illik fasilədən sonra yenidən 2012-2017-ci illərdə Buteflika rəhbərliyindəki hökümətdə də nazir postunda qərarlaşmışdı.

Yüksək vəzifəli məmur və nazir kimi vəzifələrdən sonra o, Buteflikanın prezidentliyi dönəmində 2017-ci ilin mayında Baş nazir seçilib. Lakin bu vəzifədə cəmi 3 ay qala bilib.

Bu qısa baş nazirlik dövründə prezident Buteflikanın ətrafında ölkənin neft gəlirlərini talayan və qanunsuzluq edən qisimləri hədəf aldığı üçün vəzifəsindən uzaqlaşdırılıb.

Özünü yeniləyə bilməyən partiya

Əbdüləziz Buteflikanın adı hökümətlərinin və partiya liderlərinin etdiyi qanunsuzluqlarla ləkələnmişdi. Dünyada qloballaşmanın və neo-liberal siyasətlərin ölkələri məhv etdiyi bir dönəmdə bundan Əlcəzair də təbii ki, öz payını alacaqdı. Başda ABŞ və Fransa olmaqla, Qərbin ölkəyə müdaxilələrinin qarşısını kəsən, ölkənin müstəqilliyini qoruyan qurucu partiya özünü dünyadakı bu proseslərə qarşı həm siyasi-iqtisadi siyasətlərini, həm də kadrlarını yeniləyə bilməyib.

Gənc nəsilləri qazana bilməyən partiyanın rəhbərliyi də yaşlı kadrlardan ibarət idi. Ölkə ixrac gəlirlərinin 97%-ni və büdcə gəlirlərinin 70%-ni təbii qazdan və neftdən əldə edir. Əlcəzair hökümətin in və partiyanın daxilindəki bəzi adamlar tərəfindən milli sərvət talanır korrupsiya günü-jündən çiçəklənirdi. Əlbəttə ki, ordu daxilində də bu qanunsuzluqlarla ləkələnlər vardı. Amma ordu yenə də Əlcəzairin müstəqilliyinin təminatçısı idi.

Baş Qərargah rəisi Əhməd Kayid Saleh hər nə qədər bütün namizədlərə bərabər yanaşdığını açıqlasa da seçkilərdə Əbdülməcid Təbbunun qalib gəlməsini istəyirdi.

Hazırda isə yeni seçilən prezident Təbbunun hələ 2017-ci ildə mübarizə apardığı rüşvətxor qrupa qarşı həbslər başlayıb. Həmin məmurların bir çoxu da artıq həbsdədir. Sonuncu dəfə Buteflikanın qardaşı Səid Buteflika və sabiq kəşfiyyat rəhbərləri barədə istintaqda 15 illə 20 il arasında cəza alıblar. 

Fransa ilə əlaqələri olan və kirli maliyyə işləri aparan şəxslərin həbs edilməyə başlanması Parisi də narahat etməyə başlayıb. 10 ay əvvəl nümayişlər başladıqda Fransa Buteflikaya yaxın mövqedən çıxış edirdi. Bu gün isə Paris nümayişçiləri dəstəkləyir. Dövlət televiziyası “France” 24 hökümətə qarşı nümayişçilərin təbliğatını aparır.

Təbbun seçkilərdən əvvəl Fransanın Əlcəzairin daxil işlərinə qarışmaması üçün açıqlama verib və Fransa Xarici İşlər naziri Jan İv Le Drianın Əlcəzairin işlərinə burnunu soxan açıqlamalar verməsinə sərt reaksiya verib.

Seçki nəticələri ilə bağlı Fransa prezidenti Makron verdiyi açıqlamada deyir: “Təbbunun Əlcəzairdəki pezident seçkiləri ilə bağlı verdiyi rəsmi açıqlamanı qeyd etdim”. Bu, çox soyuq bir açıqlama kimi qiymətləndirilib.

Fransa və ümumilikdə bütün Qərb Təbunun seçilməsindən məmnun deyil. Bu, təbiidir. İndi əsas məsələ yeni prezidentin seçkiləri tanımayan, nümayişlərə davam edən və hər an xarici qüvvələrin yönləndirə biləcəyi “Hirak”la müsbət bir dialoq qura bilməsidir. Əks halda ordunun hərəkətə keçməsi ehtimalı artar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar