Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə İsraillə ortaqlıq edə bilərmi?

Türkiyə və Liviya arasında Şərqi Aralıq dənizində səlahiyyət sahələrinin məhdudlaşdırılması barədə imzalanan müqavilə dünya gündəmini zəbt edir...

Onur Sinan Güzaltan

“Aydınlık” qəzeti, Türkiyə, 11 dekabr 2019-cu il

ABŞ və AB ilə yanaşı, bölgədə haqq iddia edən ölkələrin hamısından müxtəlif açıqlamalar gəlib. Lakin Türkiyə əleyhinə olan düşərgənin öncüllərindən olan İsrailin verdiyi açıqlamalar mətbuatda kifayət qədər əks-səda doğurmadığı üçün Türkiyənin İsraillə razılıq əldə edəcəyini düşünənlər oldu.

Bildiyimiz kimi, Şərqi Aralıq dənizində bir yer əldə etməyin ən yaxşı yolu əks cəbhədə yerləşən ölkələr arasındakı problemlərdən faydalanmaqdır.

Misir, Suriya və Livanın bu cəbhədəki zəif bənd olduğu və Türkiyənin siyasi manevrlərdən və diplomatik kanallardan istifadə edərək bu ölkələrlə əlaqə yaratmaq istədiyi hər kəsə məlumdur.

İsrail isə Şərqi Aralıq dənizində münasibət qurulacaq ölkələrdən biri deyil. Çünki Təl-Əviv siyasəti tamamilə Türkiyənin bölgədə və dünyada izlədiyi siyasətlərin əleyhinə çıxış edir. Əsas məsələ isə odur ki, Təl-Əvivin Türkiyənin maraqlarına zərər verən siyasətləri bir seçim deyil, daha çox İsrailin yaşamağa davam etməsi üçün bir məcburiyyətdir.

Mesopotamiyada İsrail

İsrailin İraqda Bərzani/Talabani nəsillərinə, Suriyada isə PKK/YPG/PYD terror qruplarına dəstək verməsi ictimaiyyətə məlumdur. Lakin İsrailin niyə və hansı məqsədlə bu dəstəyi verdiyini xatırlamaq lazımdır:

1. Fələstin məsələsinə dəstək verən İraqı və Suriyanı bölmək və Fələstinə göndərdikləri yardımların qarşısını almaq üçün bu ölkədə yaşayan kürd əsilli vətəndaşları qızışdırmaq;

2. Türkiyənin Yaxın Şərqə açıldığı sahədə tez-tez qeyri-sabitlik yaratmaq, bölgədə Ankaranın təsirini azaltmaq və Türkiyədə etnik bölünməyə yol açmaq;

3. Təl-Əvivin bölgədə rəqib kimi gördüyü İranın Yaxın Şərqə və Fələstinə açılmasına mane olmaq üçün İsrail dostu olan yeni dövlətciklərlə ortaqlıq etmək;

4. Qısa müddətdə etnik fərqlərdən və dini qruplardan istifadə edərək bölgədəki ölkələrdə davamlı qeyri-sabitlik yaratmaq və uyğun şərtlər yarandıqda bu ölkələri parçalamaq (İraqın parçalanmasında ABŞ-ın rolundan bəhs edərkən İsrailin həmlələri həmişə gözardı edilib).

İsrailin Mesopotamiyada izlədiyi siyasətlər tamamilə Türkiyənin və bölgə ölkələrinin bütövlüyünə qarşı çıxır.

İsrail Qərbdə Türkiyənin lehinə hərəkət edirmi?

Uzun illər Türkiyənin Qərbdə erməni soyqırımı yalanına qarşı apardığı mübarizəyə İsrail lobbisinin dəstək verdiyi iddia edilib. Bu iddianın doğru tərəfləri olsa da, əslində, məlumdur ki, İsrail II Dünya müharibəsi zamanı yəhudilərə qarşı tətbiq edilən Xolokostun beynəlxalq hüquq özəl statusunun mühafizə edilməsi və başqa heç bir qisimə bu statusun verilməməsi üçün əlindən gələni edib. 

Həmçinin, professor Dr. Yalçın Küçük tərəfindən Türkiyə gündəminə daxil edilən yəhudilər və ermənilər arasındakı tarixi çəkişmə tezisi də İsrailin qondarma erməni soyqırımı iddiasında göstərdiyi mövqeyi başa düşmək üçün çox önəmlidir.

İsrailin bu dəstəyinin bir digər səbəbi də indiyədək Türkiyədə iqtidarların bölgədə İsrailin maraqlarına uyğun siyasətlər izləməsidir.

Xüsusilə, 12 mart 1971-ci il çevrilişindən etibarən Türkiyə Yaxın Şərqdə İsrailə uyğun siyasətlər izləməyə başlamış və 12 sentyabr 1980-ci il çevrilişi ilə birlikdə bu yanaşma özünün ən yüksək həddinə çatmışdı.

İsrail lobbisinin başda erməni soyqırımı yalanı olmaqla, bir çox siyasi-iqtisadi məsələlərdə Avropada Türkiyənin lehinə hərəkət etməsinin əsl səbəbi budur. Lakin bu prosesdə belə İsrail Türkiyə olan əleyhinə qrupları gizlincə dəstəkləməyə davam edib.

İki ölkə arasında münasibətlər gərginləşməyə başladıqdan sonra İsrail Avropada və dünyanın digər bölgələrində Türkiyə əleyhinə olan fəaliyyətlərə davam edib.

Şərqi Aralıq dənizinin koordinatoru

Şərqi Aralıq dənizindəki qaz yataqlarının bölüşdürülməsi məsələsində İsrail əvvəldən Türkiyə əleyhinə düşərgəyə öncüllük edirdi. Bu hesabla AB ölkələri ilə münasibətlərini tənzimləyən Təl-əviv rəhbərliyi Körfəz ölkələrinin təsirindən də istifadə edərək Misirin və Livanın Türkiyə əleyhinə olan düşərgəsində yerini möhkəmləndirmək üçün əlindən gələni edir.

Türkiyəni kənarda tutaraq Şərqi Aralıq dənizinin qazını Avropaya daşıyan “East-Med”in lideri və koordinatoru İsraildir.

İsrail Liviyada Türkiyə əleyhinə olan düşərgəni dəstəkləyir

İsrailin Türkiyə əleyhinə olan fəaliyyətlərini apardığı bir digər çəkişmə sahəsi də Liviyadır.

Bölgə mətbuatı bildirir ki, Liviyada Türkiyənin dəstəklədiyi Milli Razılaşma Hökümətinə qarşı mübarizə aparan Həftar qüvvələrinə İsrail silah-sursat dəstəyi göndərib.

Hətta Liviyadakı durumu yaxından izləyən Əlcəzair kəşfiyyat şəbəkəsi bildirib ki, Həftar və İsrail arasındakı münasibətdən narahat olub və Həftara İsraillə olan münasibətlərini təkmilləşdirə bilmədiyi üçün xəbərdarlıq edib.

İddia edilir ki, 2015-2016-cı illərdə İordaniyanın paytaxtı Omanda dəfələrlə israilli nümayəndələrlə görüşdüyü iddia edilən Həftar əgər müharibədə qalib gələrsə, Liviyanın çöllərində İsrailə uyğun “əməliyyat mərkəzləri” vəd edib. Bu vədlərə qarşı İsrail ordusunun Həftar qüvvələrinə snayper və gecə baxış sistemi daxil olmaqla, bir çox hərbi vəsait göndərdiyi iddia edilir.

İsrailin Həftara verdiyi dəstək verməsinin altında Şimali Afrikada sahə qazanması ilə yanaşı, Şərqi Aralıq dənizində hegemoniyasını gücləndirmə planları olduğu da açıq şəkildə görünür.

Türkiyənin Liviya ilə imzaladığı müqavilədən sonra İsrail Xarici İşlər Nazirliyi verdiyi açıqlamada Türkiyənin Şərqi Aralıq dənizində atdığı addımları beynəlxalq hüquqa zidd elan edib və Yunanıstana tam dəstək verdiyini bildirib.

Yunanıstan və İsrail arasında qaz yataqlarının bölüşdürülməsi məsələsində bəzi anlaşmazlıqlar yaşansa da, görünür, Şərqi Aralıq dənizində Türkiyə əleyhinə düşərgənin koordinatoru olan İsrail hələ bir müddət də Ankara əleyhinə fəaliyyətlərinə davam edəcək.

Türk mətbuatı Şərqi Aralıq dənizi məsələsində Yunanıstanı günahkar elan edərək İsrailin kilid rolunu, bəlkə də, bilmədən pərdələmiş oldu.

Bu gün İsrailin rolunu rədd edərək, təkcə Yunanıstan və Cənubi Kipr Yunan qrupunun fəaliyyətlərinə fokuslanmaq daha çox Azadlıq müharibəsi dövründə Britaniya imperiyasının rolunu unudub, Yunanıstanı hədəf almağa bənzəyir.

Qısaca, təkcə Şərqi Aralıq dənizi bucağından baxdıqda belə Türkiyə və İsrailin ortaq maraqlarından danışmaq və ya İsrailin Ankara əleyhinə olan düşərgədən ayrılması ehtimalına uyğun siyasət yürütmək heç də mümkün görünmür.

Ankara və Təl-əvivin ortaqlıq etməsinin tək yolu İsrailin Yaxın Şərqdə və Şərqi Aralıq dənizində Türkiyə əleyhinə girişdiyi siyasətlərdən əl çəkməsidir. Lakin Təl-əvivin bu cür siyasi dəyişikliyə getməsi də yaxın zamanda mümkün görünmür.

Türkiyə Şərqi Aralıq dənizindəki “əvəzedilməz maraqları” üçün diplomatik həmlələrdə güclənəcəyi tərəfi çox diqqətlə seçilməlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar