Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinə etibar etmə!...” - “O, Ukraynaya və ukraynalılara nifrət edir”

Ukraynanın sabiq prezidenti, hazırda isə Radanın deputatı, “Avropa Həmrəyliyi” Partiyasının lideri olan Pyotr Poroşenkonun ölkə mətbuatında dərc edilən məqaləsi ciddi əks-səda doğurub...

“AzPolitika.info” xəbər verir ki, sabiq prezidentin fikirləri həm Ukrayna, həm də Rusiya mətbuatında geniş müzakirələrə yol açıb.

Kifayət qədər sərt ifadələrin yer aldığı məqalədə P.Poroşenko Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskiyə dekabrın 9-da keçiriləcək “Normand sammiti” öncəsi bi neçə məsləhət verib. Sabiq prezident yazır ki, Zelenski danışıqlarda ilk növbədə hələ 2015-ci ildə Ukraynanın tələb etdiyi kimi, Donbasda BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsi şərtinin üzərində durmalıdır. Çünki sülhməramlılar olmadan Donetsk və Luqanskda normal seçki keçirmək və hadisələrin gedişinə Rusiyanın birbaşa, hərtərəfli təsirini azaltmaq mümkün olmayacaq. Poroşenko həmçinin sammitin gündəliyinə qətiyyən Rusiya qazının Ukraynaya satışı məsələsini salmamağı tövsiyə edib: “Ən yeni tariximizdə hələ heç nə bizə ucuz Rusiya qazı qədər baha başa gəlməyib”. Sabiq prezident deyib ki, heç cür ucuz təbii qaz qarşılığında siyasi güzəştlərə getmək olmaz.

Poroşenkonun Zelenskiyə verdiyi ən əsas və diqqət cəlb edən məsləhət isə şəxsən Rusiya prezidenti ilə münasibətlərə aid olub. Sabiq prezident xələfinə məsləhət bilib ki, heç bir vəchlə Putinə etibar etməsin: “Putinə etibar etmə. Heç vaxt və heç nədə! Putin hər şeylə manipulyasiya edir – mahiyyətlə, faktlarla, rəqəmlərlə, xəritələrlə, emosiyalarla. O, Ukraynaya və ukraynalılara nifrət edir, Avropanın siyasi xəritəsində bizə yer görmür...”

Sonda Poroşenko Zelenskiyə məsləhət görüb ki, sammitə yüksək dərəcədə hazırlıqlı şəkildə qatılsın və əlində Rusiyanın manipulyasiyalarına cavab verəcək, eləcə də avropalı liderlərin etibar edəcəyi statistik göstəricilər olsun.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar