Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

14-cü radio kanalı üçün iki şirkət müraciət edib

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması ilə bağlı elan etdiyi müsabiqəyə müraciət edənlər çox olsa da, hazırda iki şirkətin rəsmi müraciəti qeydə alınıb...

Bu barədə MTRŞ-nın Hüquq şöbəsinin rəhbəri Nemət Cavadov məlumat verib: “Müraciətlər çoxdur. Hansı sənədlərin lazım olması ilə maraqlanırlar, sənədlərini tamamladıqdan sonra müraciətləri qeydə alınacaq. Müsabiqənin baş tutması üçün ən azı 3 iddiaçı olmalıdır”.

O bildirib ki, müsabiqənin seçim mərhələsində üstünlük maddi-texniki bazası, yaradıcı kadr potensialı və s. şərtləri ödəyən müraciətçilərə üstünlük veriləcək.

Qeyd edək ki, noyabrın 12-dən elan edilən müsabiqə dekabrın 12-də başa çatacaq.

Hazırda Azərbaycanda 13 ümumrespublika radio kanalı fəaliyyət göstərir. Radio kanalına müddətsiz verilən lisenziyanın məbləği 2500 manat təşkil edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar