Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarın piylərindən xilas olun! - Pəhrizlər

Bu pəhrizlər işinizə çox yarayacaq...

Dadlı yeməkləri, ləziz şirniyyatları, meyvə sularını süfrədə görəndə çox vaxt özümüzü saxlaya bilmirik. "3 günlük dünyadır" bəhanəsi ilə ən dadlı təamların dadına baxırıq. Lakin bu 3 günlük dünyanı yekə qarınla başa vurmaq heç də parlaq fikir deyil. Yaxşı ki, pəhriz və idmanla qarında toplanmış xoşagəlməz yağları əritmək mümkündür. Bəzən isə bu pəhrizlər, məşqlər olduqca baha başa gəlir.

PİA.az medicina.az-a istinadən sizə evdə hazırlaya biləcəyiniz çox ucuz , heç bir əlavə zəhmət tələb etməyən və bir o qədər də ləzzətli olan pəhriz növlərini təqdim edir:

Soğan suyu

Soğanı bişən yeməklərdə geniş şəkildə istifadə etsək də, təəssüf ki, qoxusuna görə çiy formada elə də çox faydalana bilmirik. Artıq bu dərd yoxdur. Soğan suyu bədəndən toksinləri atmağa kömək edir. 1 litr suya iki soğanı 4 yerə bölərək atın və 5 dəqiqə qaynadın. İliq halda yeməkdən öncə için. Ən yaxşı nəticəni almaq üçün 6-8 həftə içmək lazımdır. Suyu təzə halda içmək lazımdır, bir gün belə gözlənilən məhluldan istifadə məsləhət görülmür.

Limonlu qatıq

Təmiz mineral su, yağsız qatıq və bir limonun suyu. Bəlkədə arıqlamaq üçün ancaq bu məhsullara ehtiyacın var? Bu qarışım xüsusi ilə qarın və bud nahiyəsindəki yağları əritmək üçün faydalıdır. 1 kasa qatıq, 1 limonun suyu və 1 şüşə suyu yaxşı-yaxşı qarışdırıb səhərlər ac qarına için.

Zəncəfil və darçınlı qatıq

Qatıq ən yaxşı pəhriz məhsullarının başında gəlir. Zəncəfil və darçınla birləşəndə isə gücü birə-beş artır. Bu məhsuldan gecə yatmamışdan öncə istifadə etmək məsləhətdir. Çünki orqanizm gecələr daha yaxşı yağ yandırır. Toz halındakı zəncəfil, darçını bir kasa qatıqla qatın. Yatmamışdan 3-4 saat öncə qəbul edin. Yatana qədər isə azı 3 stəkan suyu az-az için. Həftədə iki dəfə bu məhluldan istifadə edin. Hamilə qadınlar və süd verən analara məsləhət görülmür.

Acı istiotlu məhlul

Bizə lazım olan 3 qaşıq qırmızı pul bibər, 3 limon suyu və 3 stəkan isti sudur. Məhsulları bir qabda qarışdırın və gün nahardan sonra 3 stəkan için.

Xurmalı qatıq
Xurma tərkibindəki təbii şəkər sayəsində nəinki arıqladır, həm də bir çox xəstəliklərdən də qoruyur. Bu meyvə şirniyyat istəyini azaldır. Xüsusi ilə qatıqla birlikdə. Üç ədəd orta ölçülü xurma, 1 kasa qatıq və 1 çay qaşığı darçın. Toxumu çıxardığınız xurmaları xırda-xırda doğrayın qatıq və darçınla qatın. Əks təsiri yoxdur.

pia.az


Etiket: pəhriz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar