Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəyanəti bağışlamıram” - Zərdüşt Əlizadə Araz Əlizadəni bağışlamadı

Əlizadə qardaşlarınin küsülülüyü davam edir...

Xəbər verdiyimiz kimi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə İctimai Televiziyanın efirində yayımlanan “3D” verilişinin qonağı olub.

Robot-aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə qardaşı, politoloq Zərdüşt Əlizadə ilə münasibətlərinə də toxunub. Deputat bildirib ki, illərdir küsülü olduğu qardaşına barışıq üçün bir neçə dəfə əl uzatsa da, bu əl havada qalıb. O, artıq bu məsələni unutduğunu söyləyib.

PİA.az xəbər verir ki, A.Əlizadənin bu fikirlərinə münasibətini öyrənmək üçün "Modern.az" onun qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxlayıb. O, açıqlamasında belə bir məsələnin gündəmə gəlməsini qınayıb:

“O, yaxşı edib, əcəb edib danışıb. Bizdə demokratiyadır, İlham Əliyevə təşəkkür edirəm ki, Azərbaycanda demokratiya var. Kim nə istəyir danışır, canı sağolsun. Azərbaycanda bu qədər mühüm problemlər qala-qala gör nədən sual verirsiniz?!”

Z.Əlizadə qardaşını bağışlamayacağını qətiyyətlə vurğulayıb: “Mənə lazım deyil. Heç bilmirəm o verilişdə nə deyib. Bilmək də istəmirəm. Havada qalıb, çox şey havada qalıb. Mən bağışlamıram. Dönüklüyü, əhdi peymanı, xəyanəti bağışlamıram”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar