ABŞ-ın Kaliforniya ştatının Orinda şəhərində Hellouin bayramı münasibətilə keçirilən şənlikdə atışma baş verib...
Bu barədə “Fox” telekanalı məlumat yayıb.
Hadisə şəhərdə yerləşən evlərdən birində qeydə alınıb.
Bildirilib ki, atışma nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. (apa)
pia.az