Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Coğrafiya İnstitutundan SOS: Xəzər dənizi məhv olur

Sahilində 20 milyon insanın yaşadığı Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir...

Bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Xəzərin bəzi yerlərində çirklənmə göztəricisi normadan 10-20 dəfə artıqdır.

R.Məmmədov əlavə edib ki, dənizdə nərə balığı ehtiyatının tükənmə təhlükəsi yaranıb:

“Dəniz səviyyəsinin dəyişkənliyi nəticəsində 1989-1995-ci illərdə Azərbaycanda ekoloji vəziyyət pisləşib, evlər, torpaqlar suyun altında qalıb, ölkənin sahil zonasında “ekoloji qaçqınlar” yaranıb, ölkəyə dəyən ziyanın dəyəri 2 milyard dollar olub”.

Akademik diqqətə çatdırıb ki, əvvəllər dəniz iki dövlətin sərhədində yerləşirdisə, SSRİ-nin dağılması nəticəsində onun ətrafında beş müstəqil dövlət yaranıb: “Ona görə də bu ərazi geopolitik maraqların toqquşduğu bir regiondur. Əgər Xəzərin taleyinin Aralın faciəsinə dönməsini istəmiriksə, əl-ələ verib onu məhv olmaqdan qorumalıyıq”.(trend)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar