Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elektron siqaretlərin tamvericiləri qadağan olunacaq

ABŞ hökumətindən qərar...

ABŞ hökuməti elektron siqaretlərə tam verən minlərlə maddəni qadağan etməyi planlaşdırır.

Bunu Prezident Donald Tramp bu həftə deyib.

Son vaxtlar yeniyetmələr arasında elektron siqaretin yayılması valideynləri, siyasətçiləri, səhiyyə rəsmilərini narahat etməyə başlayıb.

“The Associated Press” agentliyi yazır ki, Ağ evin bu qəfil açıqlaması bir neçə milyard dollarlıq elektron-siqaret sənayesinin yenidən qurulması deməkdir.

Ərzaq və Dərman Administrasiyası (FDA) bazardan tütün xaric siqaretə tam verən bütün maddələrin çıxarılması qaydalarını hazırlayacaq. Bunu jurnalistlərə Səhiyyə və Sosial Təminat Naziri Aleks Azar deyib. O, Oval ofisdə prezident, birinci ledi Melaniya Tramp və FDA rəhbəri vəzifəsini icra edən Ned Şarpless ilə görüşüb.

Melaniya Tramp oğluna görə narahatdır

Trampın oğlu Barron 13 yaşındadır. Prezidentin sözlərinə görə, elektron siqaret elə bir problemə çevrilib ki, o, valideynlərin nə baş verdiyindən agah olmasını istəyir. “Biz adamların xəstəyə çevrilməsinə, gənclərimizin təsirə məruz qalmasına imkan verə bilmərik”, – Tramp vurğulayıb.

Melaniya Tramp bu günlərdə uşaqların elektron siqaretə bağlılığından narahatlığını bildirib. Prezident görüşdə deyib ki, “Onun, bizim oğlumuz var, gənc, yaraşıqlı oğlandır və o (Melaniya Tramp) bu məsələdən çox narahat olur”.

Bu arada səhiyyə orqanları elektron siqaret istifadəçilərində aşkarlanmış yüzlərlə nəfəs xəstəliyini araşdırırlar. Bu hallara ayrıca cihaz, yaxud maddənin səbəb olduğu müəyyənləşməsə də, bir çox hallarda marixuana ətirli elektron siqaretdən istifadə olunduğu bildirilir.

Tramp rəsmilərinin elan etdiyi qadağalar yalnız nikotin tərkibli elektron siqaret məhsullara aid ediləcək.

FDA-nın elektron siqaret ətirlərini 2016-cı ildən qadağan etmək səlahiyyəti var, ancaq belə bir addım atmaq çağırışlarına cavab vermirdi. Agentlik rəsmiləri deyirdilər ki, bu xüsusi tamların siqareti tərgitməkdə köməyini öyrənirlər.

Federal qanunlara görə, elektron siqaretlər və digər tütün məhsullarının yaşı 18-dən az olanlara satılması qadağandır. Amma federal səhiyyə rəsmilərinin açıqladığı məlumata görə, bu il orta məktəb şagirdləri arasında hər dörd nəfərdən birindən də çoxu elektron siqaretdən istifadə edib. Ötən il bu rəqəm hər 5 şagird üzrə 1 nəfər idi. Səhiyyə rəsmiləri bu tendensiyanı “epidemik” adlandırıblar. Onlar bu yeniyetmələrin daha sonra siqaretə qurşanacağından ehtiyatlanırlar.

Yeniyetmələrin 80 faizdən çoxu elektron siqareti “xoşladığı tama görə” seçdiyini söyləyib. Bunu hökumətin rəy sorğuları üzə çıxarıb. (azadliq.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar