Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arda Turana hökm oxundu: 2 il 8 ay

Türkiyənin məşhur futbolçusu Arda Turanla müğənni Berkay arasında yaşanan münaqişə ilə bağlı məhkəmə qərar çıxarıb

Məhkəmə Arda Turanı qanunsuz silah saxlama, istifadə və qəsdən sağlamlığa xəsarət yetirmə ittihamı üzrə təqsirli bilərək, 2 il 8 ay 15 gün müddətinə həbs olunması ilə bağlı qərar verib.

Arda Turan ona qarşı irəli sürülən təcavüz ittihamından isə bəraət alıb.

Müğənni Berkay Şahin, Arda Turan verilən cəza ilə bağlı fikirlərini bölüşüb:

“Səhv bir şey desəm, vəkilim bunları qeydə alacaq. Hökm elan olundu. Düşünürəm ki, üç cinayət faktı var. Qərardan şikayət edəcəyik, cinsi təcavüz ittihamı ilə bağlı istədiyimiz cəzanı ala bilmədik.

Ona çıxarılan üç illik cəza mənim üçün kifayət deyil. Hökmdən razı qalmadığım üçün şikayət edəcəyəm. O, cinayətkar olsa da, bu, mənim üçün heç bir məna daşımır. Vəkillərimizlə birlikdə ali məhkəməyə gedib, şikayət edəcəyik”.

Qeyd edək ki, ötən il iki məşhur arasında məkanların birində münaqişə yaşanıb. B.Şahinin arvadı Özləm Ada Şahin Arda Turanın ona əxlaqsız təkliflər etdiyini bildirib və daha sonra onlar arasında dava düşüb. Hadisə nəticəsində Berkay xəsarət alaraq, burnu sınıb. Arda Berkayın olduğu xəstəxanaya gedərək silahla atəş açıb.

pia.az


Etiket: Arda Turan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar