Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa qarşı istefa tələbi: “Cadugər ovu”, yoxsa dövlətə xəyanət?

Demokratların nəzarət etdiyi Nümayəndələr Palatasında ABŞ prezidenti Donald Trampın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı səsvermə keçiriləcək...

Abdullah MURADOĞLU
“Yeni Şafak” qəzeti, Türkiyə, 10 sentyabr 2019-cu il

Təxminən 2 il davam edən “Rusiya İstintaqı”nın hesabatı mart ayında Ədliyyə Nazirliyinə təqdim edildikdən sonra bu məsələ daha da qızışıb.

Xüsusi səlahiyyətli prokuror Robert Müllerin apardığı istintaqda iddia olunurdu ki, 2016-cı ildə keçirilən prezident seçkilərində Demokrat namizəd olan Hilari Klintonun qalib gəlməməsi üçün Rusiya kiber hücuma keçib. Digər iddiaya görə də, Respublikaçı namizəd olan Trampla Rusiya arasında bir razılaşma əldə olunub.

Tramp bu Rusiya istintaqını elə əvvəldən “cadugər ovu”, “Dərin Dövlət intriqası” olmaqda ittiham edirdi. Trampın istintaqı dayandıraraq ədaləti boğması da bir xeyli səs-küyə səbəb olub.

Müller məsələ ilə bağlı bildirib: “Rusiya bizim qərarlarımıza müdaxilə etməyə çalışıb və bu durum bütün amerikalıları narahat etməlidir”.

Müller hesabatında Trampla Rusiya arasında gizli bir razılaşma olmasını sübut etməyib. Müller, həmçinin, Trampın ədaləti boğması ilə bağlı öz mövqeyini də gizlətməyib: “Əgər Prezidentin əməli sübut olunsaydı, bu zaman məsələ ilə bağlı dəqiq bir söz demək olardı. Lakin Prezidentlə bağlı iddiaları sübut edə bilməmişik. Hal-hazırda vəzifədə olan Prezidenti federal bir cinayətdə ittiham etmək olmaz. Bu, konstitusiyaya ziddir”.

Bu dumanlı cümlələr Demokratların işinə yaradı. Yəni Müller problemi özündən uzaqlaşdırıb, Konqresə yönəltdi.

Tramp “Rusiya İstintaqı”nın fiaskoya uğradığını və özünü təmizə çıxardığını iddia edir. Lakin Respublikaçılar üçün məsələ bağlanmış olsa da, Demokratlar bu işdən əl çəkmirlər. Demokratlar Müllerin cavabsız qoyduğu məsələləri bir-bir araşdırırlar. Demokratlar bildirir ki, ABŞ Konqresinin müxtəlif komitələrində bu məsələ ilə bağlı aparılan araşdırmalar Trampın istefasına zəmin hazırlayır.

Nümayəndələr Palatasında Trampın istefasına qərar verilsə belə, bu qərar birinci növbədə Senatda səsverməyə çıxarılmalıdır. Çünki istefa ilə bağlı son sözü Senat deyir. Lakin Senata Respublikaçılar nəzarət etdiyi üçün Demokratların cəhdləri böyük ehtimalla bir nəticə verməyəcək.

Ona görə də, Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi başda olmaqla, Konqresdəki bütün Demokratlar Trampın “impiçmenti” ilə bağlı Konqress istintaqını dəstəkləmirlər. Pelosi düşünür ki, nəticə verməyən bu cəhdlər 2020-ci il seçkilərində Demokratlara zərər verə bilər. Lakin Demokrat vəkillərin çoxu Pelosi ilə eyni fikirdə deyil.

Trampın vəzifədən uzaqlaşdırılması ilə bağlı istintaqı dəstəkləyən Demokrat vəkillərin sayı iyunda 80 nəfər idi. Avqustun əvvəlində 117 nəfər olan qrup, senytabrda 133 nəfərə çatıb. Palatadakı 235 Demokratdan 133-nün istefa üçün istintaq tələb etməsi Pelosini pis vəziyyətdə qoyur. Ədliyyə Komitəsinin rəhbəri Cerold Nedler də istintaqı dəstəkləyir və bu da istefa tələb edənlərin güclənməsinə təkan verir.

Ədliyyə Komitəsindəki 24 Demokratdan 16-sı bu istintaqı açıq şəkildə dəstəkləyir. Nümayəndələr Palatasında istefa ilə bağlı səsvermə keçirmək üçün əvvəlcə Ədliyyə Komitəsindən 21 səs toplanmalıdır. Pelosi hələlik etiraz edir, amma Palatadakı Demokratların istefa tələbi qarşısında, görünür, uzun müddət müqavimət göstərə bilməyəcək. Əgər Ədliyyə Komitəsindən istefa ilə bağlı bir qərar çıxsa, bu, ilk addım olacaq.

ABŞ-da 2020-ci ilin noyabrında prezident seçkiləri keçiriləcək. Senatdakı 36 üzv yenilənəcək. Əgər Konqressin üst palatasında Demokratların sayı çoxalsa, Senatdakı vəziyyət dəyişə bilər. Buna görə də hesab etmək olar ki, Trampı vəzifədən almaq cəhdləri 2020-ci il seçkilərinin ən hərarətli mövzuların biri olacaq. Yəni istefa məsələsi hüquqi deyil, daha çox siyasi bir cəhddir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar