Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Xarici İşlər naziri Fransa Prezidenti ilə görüşüb

Məhəmməd Cavad Zərif Emmanuel Makronla görüşüb

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş İran Xarici İşlər nazirinin Fransaya səfəri çərçivəsində baş tutub.

Görüşdən sonra jurnalistlərə açıqlamasında İran Xarici İşlər naziri bildirib ki, bu görüş son həftələrdə Fransa və İran Prezdentləri arasında gedən müzakirənin davamıdır.

“Hərtərəfli Birgə Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Fransa təklif irəli sürdü və biz də eyni zamanda öz təkliflərimizi etdik”, - deyə iranlı nazir bildirib.

Fransa Prezidenti ilə danışıqların “yaxşı və konstruktiv” keçdiyini söyləyən Cavad Zərif qeyd edib ki, bu istiqamətdə bundan sonrakı irəliləyiş Avropa İttifaqının Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır.

Cavad Zərif Tehranın Hərtərfli Birgə Fəaliyyət Planı ilə bağlı yüksək səviyyəli danışıqlara hazır olduğunu vurğulayıb.

İranın Xarici İşlər naziri Fransa Prezidenti ilə Fars körfəzində və Hörmüz boğazındakı vəziyyəti də müzakirə etdiyini bildirib.

Məhəmməd Cavad Zərif Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drianla da görüşəcək.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar