Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayaqyoluna telefonla girənlər mütləq oxusun

Tualetdə telefon istifadə edən insan orada lazım olduğundan daha çox vaxt keçirəcək

Amma bu vərdişin zərərli tərəfləri sadəcə həyatın bir neçə qiymətli dəqiqəsinin itirilməsi ilə bağlı deyil. Gigiyena üzrə mütəxəssis və doktor Liza Əsgərlinin sözlərinə görə, smartfonunu ayaqyoluna özü ilə aparan şəxs yüksək ehtimalla zəhərli bağırsaq infeksiyasına yoluxacaq.

O, bildirib ki, əgər mütəmadi olaraq tualetdə telefon istifadə edirisinizsə, onda gigiyenik proseduralardan sonra əlləri yumaq heç bir rol oynamayacaq: "Gigiyenik qaydaların əhəmiyyəti əvəzedilməzdir. Bu qanunu pozmaq isə dəhşətli əziyyətlərə bərabərdir. Çünki patogen mikroorqanizmlər təkcə əl dərisində qərarlaşmır, onlar istənilən yerdə sərbəst yaşayır.

Telefonun ekranı isə mikrobların rahat yaşaması üçün münbit, gözəl və isti yerdir. Telefonla danışaraq onu üzə tutur və belə dəriyə zərər vermiş oluruq. Hətta yemək zamanı da tez-tez telefon istifadə edirik. Bu zaman ekranda özünə əməlli-başlı yuva quran xoşagəlməz mikroblar fəaliyyətə keçir.

Zərərli bakteriyalara yoluxmanın nəticələri acınacaqlı ola bilər.

Spazmalar, ürəkbulanma, qusma, mədə pozğunluğu və s. Hətta Salmonelli bakteriyası bəzi hallarda ölümə gətirib çıxara bilər. Odur ki, tualetdə, xüsusilə adamların çox olduğu ictimai yerlərdə telefondan istifadə vərdişini tərgitmək lazımdır. Smartfon və ya planşetin ekranını vaxtaşırı olaraq dezinfeksiyaedici vasitələrlə təmizləmək faydalı olacaq. Spirtlə və ya sirkəyə azca batırılmış pambıqla telefonu ehmalca təmizləyin. Ekranın təmizləməsi nəmli salfetlərlə də mümkündür".(Milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar