Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məhkəməni oyuncağa çevirən bu adamlar indi məndən nə istəyir?” - Murad Köhnəqala

“Bu günədək barəmdə çıxarılan məhkəmə qərarlarını hansı hüquqşünasa göstərmişəmsə, hamısı birmənalı şəkildə mənə qarşı haqsızlıq olduğunu bildirib.”

Pia.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı Murad Köhnəqala özünün Facebook səhifəsində qeyd edib. Yazıçının Tovuz Rayon Məhkəməsi barədə olan şikayətini təqdim edirik:

Tovuz Rayon Məhkəməsi mənimlə açıq-aşkar düşmənçilik edir 15 sutka azadlıqdan məhrum edilməyim barədə qərar çıxaran məhkəmə sədri Qafil Baxşıyev və hakim Rəşad Məmmədovun düzənlədiyi məhkəmədən heç bir ay keçməyib, məni yenidən məhkəməyə çəkirlər. Qarşı tərəfə bir ayda 2500 manat ödəniş etmişəm. İndiyədək abrıma qısılıb, özümə vəkil tutmamışam. Bu günədək barəmdə çıxarılan məhkəmə qərarlarını hansı hüquqşünasa göstərmişəmsə, hamısı birmənalı şəkildə mənə qarşı haqsızlıq olduğunu bildirib. Tovuz Məhkəməsi alimentin məbləğindən tutmuş, qeyri-rəsmi ödənişlərə kimi, uşaqların saxlanmasına dair hər iki valideynin öhdəlik daşımasına, uşaqların yaşının 18-i keçməsinə qədər aliment verilməsi haqqında qanunda təsbit olunan bütün maddələri kobudcasına pozub. Məhkəməni oyuncağa çevirən bu adamlar indi məndən nə istəyir, çox maraqlıdı? Bunlar Azərbaycan məhkəməsinin imicini korlamaqla, biabır etməklə kim(lər)in sifarişini həyata keçirirlər görəsən?”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar