Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şamaxıdakı Məlikçobanlı vulkanı sonuncu dəfə 42 il bundan əvvəl püskürüb”

“Şamaxıda püskürən Məlikçobanlı vulkanı sonuncu dəfə 42 il bundan əvvəl püskürmüşdü”

Bunu “Report”a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O bildirib ki, hadisə baş verəndən sonra İnstitutun əməkdaşları ilə birlikdə vulkan püskürən əraziyə yollanıblar: “Biz əməkdaşlarımızla birlikdə Şamaxı rayonunun Məlikçobanlı kəndi yaxınlığında vulkan püskürən əraziyə baxış keçirdik. Bu, zəif vulkandır. Yəni elə də ciddi zərərlərlə nəticələnməyən vulkandır. Əraziyə baxış keçirən zaman gördük ki, püskürmə nəticəsində tullantılar axaraq yalnız mərkəzi hissədə qalıb və geniş əraziyə yayılmayıb”.

Şöbə müdirinin sözlərinə görə, Məlikçobanlı vulkanı nisbətən zəif püskürən vulkandır: “Ümumilikdə, Məlikçobanlı vulkanı bu günə qədər 4 dəfə püskürüb. Sonuncu dəfə 1977-ci ildə püskürüb. Bu vulkanın indiyə qədər püskürməsi nəticəsində heç bir xəsarət alan olmayıb və ümumiyyətlə, vulkanın heç bir zərəri müşahidə olunmayıb”.

Qeyd edək ki, Məlikçobanlı vulkanı mayın 28-də gecə saatlarında püskürüb.

Xatırladaq ki, bu ilin fevralında rayonun Quşçu və Kiçik Xınıslı kəndlərində də vulkan püskürməsi baş verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar