Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Azərbaycandakı səfiri Azərbaycan Mətbuat Şurasında olub

Səfir cənab Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub

Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin media birliklərinin əlaqələrində də duyulmaqdadır. Bu gün Azərbaycandan Türkiyəyə, Türkiyədən də Azərbaycana çoxsaylı jurnalist səfərləri gerçəkləşdirilməkdədir. Azərbaycan jurnalistləri üçün Türkiyənin kütləvi informasiya vasitələri böyük təcrübə mənbəyidir. Türkiyə mediası isə Azərbaycan mediasına ümumən Qafqaz bölgəsi ilə bağlı məlumatların mənbəyi kimi yanaşmaqdadır. Sevindirici haldır ki, kütləvi informasiya vasitələrimiz, eləcə də jurnalist birliklərimiz arasındakı münasibətlər eyni zamanda ölkələrimizlə əlaqədar həqiqətlərin dünya birliyinə çatdırılması sahəsindəki əməkdaşlıq bağına malikdir. Bu, eyni zamanda etibarlı tərəfdaşlıq deməkdir və onun daha da möhkəmlənməsinə ehityac duyulmaqdadır. Ə.Amaşov həmçinin bildirib ki, Türkiyə və Azərbaycan mediasının qarşılıqlı işbirliyinin yaradılması və möhkəmlənməsində Türkiyənin Azərbaycandakı Səfirliyinin bir diplomatik missiya kimi hər zaman xidmətləri olmuşdur və bu ənənənin davamlılığı məmnunluq yaradır.

Səfir E.Özoral Türkiyə-Azərbaycan media əlaqələrinin daha da intensivləşməsinin siyasi və mənəvi əhəmiyyətindən söz açıb. Bu xüsusda qarşıda duran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Türkiyə və Azərbaycan mediası hər iki ölkə ilə bağlı yayılan informasiyalara həssas yanaşmalı, hər hansı spekulyativ məqamların ictimai rəyə təsirini nəzərə alaraq fəaliyyət göstərməlidir. Görüşdə həmçinin media sahəsindəki perspektiv əməkdaşlıq məsələlərinə diqqət yetirilib, yeni layihələr ətrafında məsləhətləşmələr aparılıb.(Milli.Az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar