Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu ilki qəbul və buraxılış imtahanları aşağı nəticələrlə seçiləcək” – Ekspert rəyi

“Bu il ilk dəfə olaraq abituriyentlər yeni formatda, yəni iki mərhələdə ali məktəblərə qəbul imtahanları verirlər. Əvvəlki illərdən fərqli olaraq bu il buraxılış imtahanlarının nəticələri də əsas götürülür. Məlum olduğu kimi, XI sinif şagirdləri üçün buraxılış imtahanları ötən ay keçirilib, lakin nəticələr hələ açıqlanmayıb”

PİA.az bildirir ki, bu sözləri “Yeni Sabah”a qəbul imtahanları barədə danışan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ali məktəblərə qəbul imtahanları iki mərhələdə keçirilir:

“Aprelin 28-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib. Bu gün, 12 mayda I və IV ixtisas qrupu üzrə abituriyentlər imtahan verir. Bugünki imtahanda 32173 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 27225 abituriyent I qrup üzrə, 4948 abituriyent isə IVqrup üzrə imtahan verir. I ixtisas qrupu ən çox abituriyent imtahan verən qrupdur. Yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə neçə ildir ki, açıq testlər də verilir. 7 ildir ki, qəbul imtahanlarında müəyyən fənlər üzrə açıq tipli test tapşırığı təqdim olunur. Qapalı test tapşırığı o test tapşırığıdır ki, imtahan iştirakçılarına sualın cavabı variantlarla təqdim olunur və o, doğru bildiyi cavabı seçir. Açıq tipli test tapşırığında isə iştirakçı cavabı özü yazır”.

Ekspert əlavə edib ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, müəyyən qədər bəxt də rol oynayır:

“Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır. Açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır. Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablanmayacaq. Ümumiyyətlə, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanları əvvəlki illərlə müqayisədə aşağı nəticələrin olması ilə seçiləcək. Çünki bu il tətbiq olunan yeniliklər tam şəkildə imtahan iştirakçıları tərəfindən mənimsənilməyib. Amma imtahan cavablarının iki ay müddət keçəndən sonra elan olunması şagirdlər arasında psixoloji gərginlik yaradır. Bu il imtahan nəticələrinin zəif olmasına təkcə, yenilik təsir göstərməyəcək, eyni zamanda yoxlama zamanı insan faktorunun olması da təsir göstərəcək. Belə ki, Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir. Markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir. Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar