Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qan verməklə bağlı bilmədikləriniz

Faydaları və zərərləri

Qan - əvəzləyicisi hələ ki, yaradılmayan canlı orqandır. Planetdə yaşayan hər 3 insandan biri ömrü boyu 1 dəfə də olsa, ona ehtiyac duyur.

Bildirilir ki, mahiyyətcə qan köçürmə canlı toxumanın transplantasiyası hesab edilir. Bir çox hallarda məhz donor qanı bir çox insanın həyatını xilas edir. 

Qan vermək orqanizm üçün zərərli deyil. Həkimlər belə hesab edirlər ki, bu, hətta faydalıdır. Hələ orta əsrlərdən insandan qan almaqla bir çox xəstəlikləri müalicə ediblər. İndiyə qədər də bu proseduru bir çox xəstəliklərdə - hipertoniya, klimaks və s. zamanı tətbiq edirlər. 

Ümumiyyətlə, mütəmadi olaraq qan vermək orqanizmin özünüyeniləmə funksiyasını işə salır.  Məsələn, donor kişilərdə infarkt keçirmək riski bir neçə dəfə azdır. Bundan əlavə, qan vermək mənəvi olaraq insanı rahatladır və əhvalı artırır.

Qan götürərkən onun ya plazmasından, ya eritrositlərindən və ya trombositlərdən istifadə edilir. Maksimum qan vermə dozası 450 ml-dir. Bundan az da mümkündür. Buna həkim qərar verir.

İnsan qan verdikdən 1 həftə sonra onun bədənində qan miqdarı yenidən bərpa olunur. Kişilərə il ərzində 5 dəfədən, qadınlara isə 4 dəfədən çox qan vermək qadağandır.(medicina.az)

pia.az

 


Etiket: Qan vermə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır

Ən çox oxunanalar