Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda “ Nəsimi ili” münasibəti ilə keçiriləcək tədbirlərə start verildi

Rayon İcra Hakimiyyətində “ Məndə sığar iki cahan...” adlı ədəbi-bədii tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında “ Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11 yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir.

Tədbirlər planında rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması üçün silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

İstedadlı gənclər arasında Nəsimi qəzəllərindən ibarət “ Nəsimi” müsabiqəsinin, gənc musiqiçilərin iştirakı ilə Nəsiminin qəzəllərini ifa etməklə “Muğam” müsabiqəsinin keçirilməsi, rəsm əsərləri, ən yaxşı ədəbi-bədii kompozisiyalar və referatların hazırlanması üçün müsabiqə elan edilmiş və ilin sonunadək keçiriləcək tədbirlərdə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.

Rayon İcra Hakimiyyətində “ Məndə sığar iki cahan...” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Şairin əsərləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərənacamına əsasən kütləvi tirajla nəşr olunmuşdur. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının professoru Yaqub Babayev dahi şair Nəsiminin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, şairin qəzəllərindəki fəlsəfi fikirlərdən nümunələrlə tədbir iştirakçılarını tanış etmişdir.

Tədbirin sonunda Universitetin xor kollektivinin ifasında ifa olunan mahnı iştirakçılar tərəfindən çoşqu ilə qarşılanmışdır.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar